"WIKILEAKS"İN YARADICISI EKSTRADİSİYA OLUNUR
Tarix: 2-11-2011, 15:16 |
Çap et
CULİAN ASSANC BARƏDƏ LONDON MƏHKƏMƏSİ QƏRAR VERİB
Çərşənbə günü Londonun Ali Məhkəməsi "WikiLeaks" saytının yaradıcısı Culian Assanjın şikayət ərizəsini rədd edərək bundan əvvəl onun İsveçə ekstradisiyası barədə çıxardığı hökmü təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
Assanj məhkəmədə 2010-cu ilin dekabrından, yəni könüllü şəkildə polisə təslim olaraq həbs olunmasından sonra ekstradisiyasına qarşı mübarizə aparır. İsveç prokurorluğu onu zorlama da daxil olmaqla, bir sıra seksual xarakterli cinayətlərlə bağlı iş üzrə dindirmək niyyətindədir.