JURNALİSTLƏRİN “SEVA”SI...
Tarix: 29-09-2012, 10:37 |
Çap et
SEVİNC BABAYEVANIN REKETÇİLİYİ RƏSMİLƏŞMƏYİBMİŞ
Bir neçə gündür ölkə gündəmini zəbt etmiş qalmaqallı videomaterialda adı hallanan M.Ə.Sabir adına kitabxananın direktoru Sevinc Babayevanın həm də “Xeyir və şər” qəzetinin baş redaktoru olduğu məlumdur.
Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin Modern.az-a verdiyi məlumata görə, S.Babayevanın “Xeyir və şər ” qəzetinin adı Mətbuat Şurasının “qara siyahı”sında yoxdur.
S.Babayeva vaxtilə parlamentdə akkreditə olunan jurnalistlərə yaxşı tanışdır. Belə ki, S.Babayeva 2000-ci ilin əvvəlinədək “Xeyir və Şər” qəzetinin təsisçisi, baş redaktoru və parlament müxbiri olub. Həmin arada o, bir çox deputata yaxınlığı ilə tanınıb. Deyilənə görə, o, hətta bəzi jurnalistlərə bir sıra deputatlarla əlaqə yaratmaqda vasitəçilik də təklif edibmiş... Jurnalistlər deyirlər ki, millət vəkillərindən bəziləri onu sadəcə “Seva” deyə çağırırmışlar.
Sonradan Parlament Jurnalistləri Birliyinin israrı ilə Milli Məclisin mətbuat xidməti S.Babayevanı “reket jurnalist” kimi parlamentdən kənarlaşdırıb. Onun “Xeyir və şər” qəzeti isə fasilələrlə çıxıb.
Sevinc Babayeva ötən ilin oktyabr ayında əmək müqaviləsi ilə M.Ə.Sabir adına kitabxananın direktou təyin olunub.