GENERAL-MAYOR LƏNKƏRAN ƏLİYEVIN QARDAŞI OĞLU ŞƏHİD OLUB
Tarix: 3-11-2011, 10:46 |
Çap et
ERMƏNİLƏR ZABİTİMİZİ HƏDƏFƏ ALIBLAR
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində dünən Azərbaycan Milli Ordusunun zabiti leytenant Əliyev Emin Elmar oğlu şəhid olub. Bu barədə cümə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib.
Abdullayev bildirib ki, Əliyev Emin 1986-cı il təvəllüdlüdür.
Silahlı Qüvvələrdəki mənbədən isə Trend-ə bildirilib ki, şəhid olan zabit Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevin qardaşı oğludur.
Allah rəhmət eləsin.