ZAUR QURBANLININ YERİ BƏLLİ OLDU
Tarix: 1-10-2012, 12:19 |
Çap et
GƏNC FƏALI “BANDOTDEL”DƏ SAXLAYIRLAR
“Nida” Gənclər Təşkilatının fəalı Zaur Qurbanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Bu barədə oktyabrın 1-də idarənin rəsmi əməkdaşı Z.Qurbanlının atası Araz Qurbanlıya məlumat verib. Bunu Turan-a A.Qurbanlı bildirib.
“Siz narahat olmayın, oğlunuz burada saxlanılır. Amma Zaur Qurbanlının nədə günahlandırıldığı və ya hansı səbəbdən saxlanması barədə mənə məlumat verilmədi. Yalnız müstəntiqdən bu barədə məlumat alarsınız deməklə kifayətləndi”, - A.Qurbanlı qeyd edib.
Z.Qurbanlının vəkili Əsabəli Mustafayev hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. O, Turan-a bildirib ki, hazırda Z.Qurbanovla görüşməyə çalışır.