“ŞALVARDAN İMTİNA ETMİŞƏM”
Tarix: 3-11-2011, 10:54 |
Çap et
POPULYAR MÜĞƏNNİDƏN QƏRİBƏ AÇIQLAMA
Populyar müğənni Nura Suri yalnız don geyinir. O, Day.Az saytına açıqlamasında şalvardan imtina etdiyini, qarderobunda bu geyim növünə rast gəlinmədiyini söyləyib.
"Əvvəllər qeyri-adi geyinirdim. Çünki o vaxt xaricdən təzə qayıtmışdım və düşüncələrim fərqli idi. Zamanla bu, ötüb keçdi və Azərbaycanda işlədiyimi, Azərbaycan tamaşaçısı üçün işlədiyimi anladım. Ona görə də xalqın bəyəndiyini etmək lazımdır, - deyə ifaçı bildirib. - 35 yaşım var, 3 uşaq anasıyam. Yaşıma və statusuma uyğun geyinməliyəm".