NİGAR YAQUBLU ÜÇÜN DAHA BİR ZƏMANƏT
Tarix: 1-10-2012, 13:08 |
Çap et
BAXCP SƏDRİNDƏN MENTAL ADDIM
Parlamentin bu gün başlayan plenar iclasında çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev müsavatçı fəal Nigar Yaqublununun məsələsinə toxunub.
Parlament müxbirimizin verdiyi xəbərə görə, deputat Həsənquliyev N.Yaqublunun məruz qaldığı qəzanın cinayət tərkibli olmadığını, onun məhkəmədən öncə həbs olunmasına lüzum görmədiyini deyib və N.Yaqublunu zaminə götürməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl deputat İqbal Ağazadə və Fazil Mustafa da eyni təşəbbüslə çıxış etmişdilər. Onların həmkarı Fəzail Ağamalı da qəzaya məruz qalan gənc xanımın həbs edilməli olmadığını bildirmişdi.