«PİA.AZ» SAYTI HAKER HÜCUMUNA MƏRUZ QALDI
Tarix: 17-09-2011, 13:07 |
Çap et
“HEÇ KİMDƏN ŞÜBHƏLƏNMİRİK”
Bu dəqiqələrdə «Poliqon» İnformasiya Agentliyinin internet ünvanı PİA.AZ saytı haker hücumu nəticəsində dağıdılıb.
Bu barədə açıqlama verən portalın baş redaktoru Azər Qaramanlı bildirir ki, hücumların təşkil edildiyi ünvanlar barədə məlumatsızdılar: «Kimin bizimlə düşmənçilik etdiyini bilmirik. Amma onu bilirik ki, «Yeni Müsavat» qəzetinin internet ünvanına təşkil edilən hücumların eynisinə məruz qalmışıq».
Azər Qaramanlı bildirdi ki, hələlik hücumlar davam etdiyindən saytın bərpası mümkünsüz olub: «Çalışırıq ki, qısa zamanda fəaliyyətimizi bərpa edək».