AZƏRBAYCANDA DAHA BİR İLK
Tarix: 3-11-2011, 14:00 |
Çap et
ZƏRƏRÇƏKƏNLƏR TELEKANALLAR QARŞISINDA AKSİYA KEÇİRDİ
"Kamran" MMC tərəfindən aldadılan istehlakçılar bu gün "Azad Azərbaycan" televiziyasının qarşısında toplaşaraq problemlərinin ictimailəşməsi və yuxarı instansiyaların diqqətinə yetməsi üçün aksiya keçiriblər. Bu barədə musavat.com-a aksiya iştirakçılarının yanında olan əməkdaşımız Elmin Bədəlov xəbər verib.
Reportyorumuzun sözlərinə görə, şirkətə külli miqdarda pul ödəyərək mənzil əldə etmək istəyən, ancaq buna müvəffəq ola bilməyən və sonda aldandıqlarını başa düşən istehlakçılar hakimiyyət orqanlarının onların problemlərinə diqqət yetirmələrini istəyirlər və umurlar ki. ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri, o cümlədən televiziyalar bu məsələni gündəmdə saxlasınlar.
ATV qarşısında aksiya keçirən istehlakçılar öz problemləri barədə televiziya işçilərinə danışdıqdan sonra "Xəzər" televiziyasının qarşısına gediblər və burada da eyni məzmunlu xahişlər səsləndiriblər.
Reportyorumuzun verdiyi xəbərə görə, telekanalların qarşısında tələblərini səsləndirən zərərçəkənlərə əvvəlcə polis müdaxiləsi olmasa da, sonradan onlar şüar səsləndirən aksiya iştirakçıları ilə kobud davrablar, onların əlindəki transparant və portretləri alıblar, özlərini isə qovub-dağıdıblar.
Musavat.com