AMERİKADAKI SOYDAŞIMIZ RUS CASUSU ÇIXDI
Tarix: 5-10-2012, 08:49 |
Çap et
ABŞ-IN YAXALADIQLARI ARASINDA BİZİMKİ DƏ VAR
ABŞ-da casusluğa görə saxlanılmış 8 nəfərin arasında Azərbaycan vətəndaşı da var. APA-nın RİA Novosti-yə istinadən bildirdiyinə görə, bu barədə Rusiyanın Hyustondakı baş konsulluğunun müşavir konsulu Sergey Əzizov məlumat verib.
«Saxlanılmış 8 nəfərdən 4-ü, Posobilov Aleksandr, Fişenko Aleksandr, Klebanova Viktoriya, Dyatlova Anastasiya Rusiya vətəndaşlarıdırlar. Digərləri Ukrayna, Azərbaycan və Qazaxıstan vətəndaşlarıdır», deyə Əzizov bildirib.
Xatırladaq ki, Federal Təhqiqatlar Bürosu Rusiyaya qeyri-qanuni olaraq hərbi texnika ixrac etməkdən günahlandırılan bir neçə nəfərin saxlanıldığını bəyan edib. Əsas ittiham olunan 46 yaşlı rusiyalı Aleksandr Fişenkodur. Saxlanılanlar bu gün məhkəmə qarşısına çıxacaqlar.
FTB həmçinin daha 3 nəfər barəsində axtarış elan edib. ABŞ artıq Rusiyaya hərbi texnika ixracına aidiyyatı olan 165 şirkət və şəxsi «qara siyahı»ya daxil edib.