ABŞ SƏFİRİNİN QATİLLƏRİ TÜRKİYƏDƏ TUTULDU
Tarix: 5-10-2012, 11:38 |
Çap et
ONLAR TUNİS VƏTƏNDAŞLARIDIR
ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivensin öldürülməsində şübhəli bilinən iki nəfər İstanbul aeroportunda saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.
Saxlanılanlar Tunis vətəndaşlarıdır. Onlar Türkiyəyə saxta pasportlarla gəlməyə cəhd göstəriblər. Şübhəlilər İstanbuldakı polis məntəqəsinə gətiriliblər. Burada onların Türkiyədə kiminləsə əlaqədə olub-olmadıqları araşdırılır.
ABŞ-ın Liviyadakı səfiri, 52 yaşlı Kristofer Stivens və digər üç diplomatik əməkdaş sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna hücum zamanı qətlə yetiriliblər.