
16 TON NARKOTİK MADDƏ MÜSADİRƏ EDİLİB
Türkiyənin Diyarbəkir vilayətinin Lic rayonunda təhlükəsizlik qüvvələri tərəfindən 16 ton nartkotik maddə aşkar edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.
Məlumata görə, sonradan müəyyən olunub ki, götürülən narkotiklər PKK yaraqlılarına məxsusdur. Faktla bağlı beş nəfər saxlanılıb, təhqiqat aparılır.