MİSİR MƏRDANOVUN YENİ KOLLEGİYASI TƏSDİQLƏNDİ
Tarix: 3-11-2011, 17:20 |
Çap et
QULU NOVRUZOV İDARƏETMƏ RIÇAQLARINI ƏLƏ KEÇİRİR
Nazirlər Kabineti Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Nazir müavini Qulu Novruzov Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibinə daxil edilib.
Təhsil nazirinin bir müddət əvvəl vəzifələrindən azad edilmiş müavinləri İsgəndər İsgəndərov, İradə Hüseynova və Elmar Qasımov isə kollegiyanın tərkibindən çıxarılıb.
Onu da bildirək ki, qeyri-rəsmi qaynaqlar hal-hazırda Qulu Novruzovun TN-ni idarə etdiyini bildirilər. Bu isə o deməkdir ki, artıq yeni nazir müavini icra etdiyi funksiyasını rəsmiləşdirir.