“İSTƏNİLƏN AN MÜHARİBƏYƏ HAZIR OLMAYAN DÖVLƏT”...
Tarix: 8-10-2012, 10:20 |
Çap et
ƏRDOĞAN HƏYƏCAN TƏBİLİ ÇALDI
Türkiyə istənilən an müharibəyə hazır olmalıdır. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Anadolu" agentliyi xəbər verib.
"İstənilən an müharibəyə hazır olmayan dövlət tamyararlı deyil. Türkiyə istənilən an müharibəyə hazır olmalıdır", - Ərdoğan bildirib.
Baş nazir Suriya hakimiyyətini öz vətəndaşlarına qarşı zorakılığı dayandırmağa və Türkiyə ərazisinə zərbələr endirməyə son qoymağa çağırıb.
Oktyabrın 3-də Suriyadan Türkiyə ərazisinə atılan mərmi beş türk vətəndaşın ölümnə səbəb olub. Mərmi Şanlıurfa vilayətinin Akçakala şəhərində partlamışdı. Suriya tərəfi indiyədək belə hücumları bir neçə dəfə təkrarlayıb.