LƏNKƏRANDA “AİLƏ PODRATI”
Tarix: 9-10-2012, 08:42 |
Çap et
İCRA BAŞÇISI GƏLİRLİ İŞİ OĞLUNA TAPŞIRIB
Lənkəranda binaların üzlük daşları ilə hörülməsi məsələsi icra başçısı Taleh Qaraşovun oğluna həvalə olunub. Bu barədə TİA.AZ-a yerli sakinlər məlumat veriblər.
Həmin məlumatda deyilir ki, bu prosesi həyata keçirmək üçün icra başçısının oğlu hətta Lənkəranda üzlük daşlarının istehsalı ilə məşğul olan sex də yaradıb. Bununla yanaşı, üzlük daşlarını vuran müəssisə də fəaliyyətə başlayıb.
Məlumatda deyilir ki, Lənkəranda bir neçə binanın üzlənməsi həyata keçirilib ki, bunun üçün nə tender elan edilib, nə də başqa bir rəsmi qərar verilib. Sadəcə, icra başçısının sifarişi əsasında oğlu tərəfindən idarə olunan müəssisə prosesi həyata keçirib.
Sosial şəbəkələrdə yayılmış məlumatlarda isə başqa bir maraqlı məqam da vurğulanır. Yayılmış məlumatlarda iddia olunur ki, Taleh Qaraşov hələ Kürdəmirin icra başçısı olduğu dönəmlərdə üzlük daşı məsələsində adı hallanan oğlu girov götürülübmüş. O dönəmlərdə oğul Qaraşovun tələb olduğu və azadlığa buraxılması üçün isə atasının 200 min dollar xərclədiyi iddia edilir.