İRAN CASUSLARI DÜZÜ-DÜNYAYA SƏPƏLƏNİB
Tarix: 9-10-2012, 10:29 |
Çap et
İNDİ DƏ ONLAR YƏMƏNDƏ YAXALANIB
Yəmən hakimiyyəti dünən İran və Suriyanın xüsusi xidmət orqanlarına işləyən bir qrup şəxsin saxlandığını açıqlayıb.
Əməliyyat ölkənin paytaxtı Sənada, eləcə də Ədən şəhərində və bəzi vilayətlərdə keçirilib. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər verib.
Casusluqda ittiham olunan İran vətəndaşları Yəmən ərazisinə zavod tikintisinə lisenziya almış investorlar qismində daxil olublar.
Bundan əvvəl Yəmən Prezidenti Abdurabbih Mənsur Hadi ABŞ-a səfəri zamanı bəyan edib ki, İran ölkədə sabitliyi pozmağa cəhd göstərən bəzi siyasi və silahlı qruplaşmaları dəstəkləyir və onlara sponsorluq edir. Onun sözlərinə görə, bir müddət əvvəl İranın xeyrinə çalışan beş casus qruplaşması zərərsizləşdirilib.