MƏKKƏYƏ VARMAQ NƏSİB OLMADI
Tarix: 9-10-2012, 10:33 |
Çap et
AVTOBUS QƏZASINDA BİR ZƏVVAR ÖLDÜ
Səudiyyə Ərəbistanında zəvvarları Kəbəyə aparan Məkkə şəhər bələdiyyəsinə aid sərnişin avtobusu “Müzəllə” məntəqəsində “Məscid-ül-Hərama” bitişən “Mahvaz” tunelində qəzaya uğrayıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, hadisə oktyabrın 8-də baş verib. Nəticədə 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Həlak olan şəxs Pakistan vətəndaşıdır. Zəvvar aldığı xəsarətlərdən xəstəxanada keçinib. Eyni zamanda yaralılardan 9 nəfəri İran vətəndaşıdır. Qəza zamanı yüngül xəsarət alan 5 nəfər xəstəxanada tibbi yardım göstərildikdən sonra dərhal qaldıqları hotelə qayıdıb, 4 nəfər isə müalicəsi bitdikdən sonra buraxılacaq. İranlı zəvvarların durumunun qənaətbəxş olduğu bildirilir. Ümumiyyətlə, avtobusun sərnişinləri müxtəlif ölkələrdən, o cümlədən İran, Türkiyə, İndoneziya və Afrikadan olan zəvvarlar olub. Xəsarət alan 18 nəfərdən 5-i isə Türkiyə vətəndaşıdır.