"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

“BÜDCƏ TİKİNTİ-TƏMİR XƏRCLƏRİ ALTINDA MƏNİMSƏNİLİR”
Tarix: 9-10-2012, 12:36 | Çap et
“BÜDCƏ TİKİNTİ-TƏMİR XƏRCLƏRİ ALTINDA MƏNİMSƏNİLİR”
AXCP-DƏN DİNDAR KƏSİMƏ İSMARIC

Azərbaycan Xalq Cəbhəsi sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının “Qafqazinfo”ya müsahibəsi

- Oktyabr 5-də Təhsil Nazirliyi qarşısında keçirilmiş razılaşdırılmamış aksiyadan xəbəriniz var. Sizin də bu mövzu ilə bağlı münasibətinizi bilmək istərdik...
- Həmin aksiya bundan əvvəl keçirilən aksiyalar kimi dağıdıldı. Ancaq bu dəfə aksiya iştirakçılarına qarşı daha kəskin qəddarlıq nümayiş olundu. Bu aksiyanın dağıdılma səbəbi heç də onun dindarlar tərəfindən keçirilməsi və dini tələblərlə bağlı olması ilə bağlı deyil. Bu gün azad seçki, media azadlığı, insan haqlarının qorunması tələbi ilə keçrilən aksiyalar da bir qayda olaraq polislər tərəfindən dağıdılır. Baş verənlər onu göstərir ki, ölkədə hər kəsin hüquqları pozulur. Təhsil Nazirliyi qarşısındakı zorakılıq ölkədə sərbəst toplaşmaq azadlığının boğulmasının növbəti təzahürü idi. Hakimiyyətin zorakı yolla insanların sərbəst toplaşmaq hüquqlarını məhdudlaşdırması cəmiyyətdə artıq əks reaksiya doğurur. Bu hadisə bir daha onu göstərdi ki, cəmiyyətin dözüm limiti getdikcə tükənməkdədir. Demək artıq proseslər elə bir məcraya yönəlir ki, iqtidarın qanunsuz qadağaları cəmiyyətdə daha sükutla qəbul olunmur. Məncə, hakimiyyət özü üçün bundan nəticələr çıxarmalıdır. Biz Azərbaycan iqtidarını insanların qanuni haqlarını təmin etməyə çağırırıq. Eyni zamanda dindarlar da görməlidirlər ki, Azərbaycanda demokratiya təmin olunmayınca nə dindarların, nə də digər kəsimlərin öz haqların, tələblərini səsləndirmək imkanları olmayacaq. Ona görə də dindar kəsim bundan sonrakı mərhələdə özlərini demokratik qüvvələrdən ayırmamalı, fəaliyyətlərini yalnız dini tələblərlə məhdudlaşdırmamalıdırlar. Onlar da ölkənin demokratikləşməsində iştirak etməlidirlər ki, gələckdə azad şəraidə öz tələblərini açıq şəkildə ifadə edə bilsinlər. Əgər bu mümkün olmayacaqsa, demokratik qüvvələrdən özlərini ayıracaqlarsa, o zaman digər kəsimlər kimi onların da hüquqları həmişə pozulacaq.

- Siz hakimiyyətə gəlsəniz hicaba icazə verəcəksiniz?
- Bu məsələ Avropa ölkələrində necə həll olunursa Azərbaycan cəmiyyətində də o şəkildə həll olunmalıdır. Əgər bir xanımın açıq-saçıq geyinməsinə dövlət səviyyəsində müdaxilə olunmursa, örtünməsinə də qadağalar olmamalıdır. Bu məsələdə seçim insanların öz öhdəsinə buraxılmalıdır. Hicab qadağasının tətbiq olunması müəyyən insanları həm də təhsil almaq haqqından mərhum etmək deməkdir. Bu isə yolverilməzdir.

- Deyilir ki, Hicab cahilliyi artıracaq...
- Bizim 2 aprel məhbusların məhkəməsində polislərin mütləq əksəriyyəti onların adına yazılmış ifadələri oxuya bilmədilər. Təhsil sistemimiz göz önündədir. Repetitorların yanına getmədən uşaqlar ali məktəbə qəbul ola bimirlər. Hər il TQDK-nın açıqladığı rəsmi rəqəmlər ölkədə təhsilin tənəzül etdiyini, cahilliyin artdığını göstərir. Bunun səbəbi hicabdırmı, yox yarıtmaz siyasət, avtoritarizmdir. Türkiyədə hicaba qadağa götrülüb, bu ölkədə hansısa problem yartdımı, əsla yox. Əgər bir uşaq örtünüb dərsini oxuyarsa bu necə cahil ola bilər. Biz təhsili keyfiyyətli keçə bilmiriksə, bunun başı açıq və ya örtülü olmasından asıl olmayaraq onsuz da o uşaq cahil olacaq. Libas qafanın içindəkini müəyyənləşdirmir. Hicab geyinib geyinməmək insanların öz seçim haqqı olmalıdır.

- Oktyabrın 13-də İctimai Palata mitinq planlaşdırıb. Bakı Şəhər İcra Hakimiyyəti yürüşə icazə verməsə, mitinq təxirə salına bilər?
- Bu mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Müraciətə cavab veriləndən sonra yəqin ki, ona uyğun qərar veriləcək. Ümumiyyətlə, Gülər Əhmədovanın məlum videosundan sonra saxta parlamentin buraxılması məsələsi yenidən aktuallaşdı və mitinq keçirməkdə də əsas məqsədimiz elə saxta parlamentin buraxılması tələbidir. Eyni zamanda Azərbaycan cəmiyyətində bununla bağlı sosial sifariş hiss olunmaqdadır. Sosial şəbəkələrdə gedən müzakirələrdə bu açıq şəkildə hiss olunur. Məlum məsələlərlə bağlı etiraz aksiyaları gündəmə gəldi və keçirilməlidir. Bu elə bir məsələdir ki, əyani surətdə təsdiq edir ki, parlamentdə yerlər satılır, hər şey rüşvət yolu ilə həll olunur. Bu gün Azərbaycanın qanunverici orqanının legitimliyi yoxdur, çünki o korrupsiya yolu ilə formalaşıb. Düşünürəm ki, saxta parlamentin buraxılması təkcə müxalifətin deyil, Azərbaycan cəmiyyətinin də tələbi olmalıdır.

- Siz “Gülər Əhmədovanın rüşvət videosu” yayılan vaxt belə bir fikir irəli sürmüşdünüz ki, “Görəsən iqtidar buna nə don geyindirəcək?”. İqtidarın bu məsələyə münasibəti sizi qane etdi?
- Bu proses baş verəndə hakimiyyət ilk günlər nə deyəcəyini bilmədi. Daha sonra bunun cəmiyyətdə çox böyük ictimai rezonans yaratdığını, korrupsiya faktının əyani şəkildə təsdiqləndiyini görərək məsələnin siyasi və hüquqi məsuliyyətin yalnız Gülər Əhmədovanın üzərinə qoymağa çalışdılar. Sanki bu Gülər Əhmədovanın fərdi dələduzluq hadisəsi imiş. Məlumdur ki, Gülər Əhmədova burada vasitəçi kimi çıxış edib, çünki mandatı vermək səlahiyyəti ona aid deyil. Gülər Əhmədova ölkədə parlament seçkilərində yerlərin bölünməsini, kimlərin parlamentə təqdim olunacağını həll etmir. Bu məsələ daha yüksək səviyyədə həll olunur. Bu gün Gülər Əhmədova ortadan götürülürsə və sistem eyni qalırsa o zaman həmin funksiyanı başqaları da yerinə yetirə bilər. Burada məsələ siyasi rejimin mahiyyəti ilə bağlıdır. Video süjetdə də görünür ki, ölkə rəhbərliyində olaanların hər birinin öz siyahısı var. Bu baxımdan hakimiyyət çalışdı ki, bu məsələni Gülər Əhmədova ilə məhdudlaşdırsın və dələduzluq maddəsi ilə cinayət işi qaldırmaqla da hadisəni lokallaşdırmaq istədi. Amma burada siyasi korrupsiya ilə bağlı cinayət işi qaldırılmalı, təkcə Gülər Əhmədova deyil bütövlükdə bu işlə əlaqəli olan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Ancaq göründüyü kimi, bütün məsuliyyəti bir nəfərin üzərinə atıb seçki korrupsiyasını gizlətməyə çalışırlar. Onlar başa düşdülər ki, bu böyük biabırçılıqdır. Ona görə də çalışırlar məsələni lokallaşdırsınlar.

- Demokratik Qüvvələrin Məşvərət Məclisi sizə əməkdaşlıq üçün müraciət edib və hələ də cavabsız qalıblar. Bu müraciətə niyə hələ də cavab verməmisiniz?
- İctimai Palata olaraq biz özümüz bir əməkdaşlıq mexanizmiyik. İP müxtəlif siyasi qüvvələrin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin əməkdaşlıq mexanizmi kimi fəaliyyət göstərir. Biz bəyan etmişik ki, ölkədəki demokratik dəyişikliklərə nail olmaq məqsədilə daha geniş şəkildə birləşməkdə maraqlıyıq. İctimai Palata hələ ötən ilin yazından açıq qapı siyasəti elan edib. Bizim məqsədlərimizi paylaşan şəxslər, partiyalar quruma daxil ola bilərlər. Məşvərət Məclisində təmsil olunan bir çox partiyaların üzvləri fərdi qaydadada İP-in üzvləridir və onlarla birgə fəaliyyətimiz var. Ümumiyyətlə, bu əməkdaşlığın prespektivi ilə bağlı onu demək istəyirəm ki, biz təkcə Məşvərət Məclisi ilə deyil, bütövlükdə daha geniş kəsimin bir araya gəlməsi istiqamətində işlər aparırıq. Bu günlərdə Ziyalılar Forumu ilə birgə İctimai Palatanın “Ümumrespublika Demokratik Müşavirəsi” keçirilməsi nəzərdə tutulur. Müşavirədə özünü müxalifət mövqeyində sayan, seçki saxtakarlıqlarına etiraz edən spektrın təmsil olunması nəzərdə tutulur. O cümlədən, Məşvərət Məclisində təmsil olunan bir çox qüvvələrin də həmin o forumda iştirakı gözlənilir və foruma dəvət olunacaqlar. Bu Forumdan sonra İctimai Palat formatındanda da geniş, kordinasiya olunmuş fəaliyyət mexanizmi qurulmasını planlaşdırırıq və hesab edirəm ki, bu çərçivədə arzulanan bütün əməkdaşlıq istəkləri öz gerçəkliyini tapacaq.

- Bu gün Gürcüstanda baş verən proseslər fonunda sual yaranır ki, 20 ildir Azərbaycan müxalifəti niyə qalib gəlmir?
- Gürcüstanda keçirilən seçkilər demokratik seçkilərdir. Haqqında danışdığımız Gülər Əhmədovanın məlum videosu da sübut etdi ki, Azərbaycanda seçkilər total şəkildə saxtalaşdırılır və parlamentdə yerlər satılır. Azərbaycanda müxalifət hakimiyyət tərəfindən parlamentə buraxılmır. Bu gün ölkəmizdə müxalifətin parlament təmsilçiliyinin olmamasının səbəbi, müxalifətin uğurlu seçki kampaniyası apara bilməməsi, cəmiyyətin müxalifətə hər hansı bir dəstək ifadə etməməsi ilə bağlı olan məsələ deyil. Biz müxalifət olaraq seçkilərin böyük əksəriyyətində qalib gəlmişik və bizim qalib gəldiyimizi sənədlərlə də təsdiq olunur. Müxalifətin seçkidə cəmiyyətinin əksəriyyətinin səsini alacağını bildiyi üçün hakimiyyət seçkini saxtalaşdırır. Biz seçki saxtakarlıqları üzərində qurulmuş zorakı bir iqtidarla qarş-qarşıyayıq. Lakin Gürcüstanda demokratik hakimiyyət var və iqtidarda olmasına baxmayaraq Sakaşvili müxalifətin qələbəsini əngəlləyəcək hər hansı qanundan kənar üsullara əl atmadı və normal seçki şəraitində müxalifət qalib gəldi.

- Müxalifətin qalib gəlməməsində günah təkcə hakimiyyətdədir?
- Seçkilərin saxtalaşdırılmasının birbaşa siyasi və hüquqi məsuliyyəti Azərbaycan hakimiyyətindədir. Belə görünür ki, hakimiyyətin bu saxtalaşdırılmadan imtina etmək niyyəti də yoxdur. Belə şəraitlərdə vəziyyətlə təkcə müxalifət mübarizəsi ilə dəyişə bilməz. Siyasətçilərin məsuliyyəti ilə yanaşı cəmiyyətin də məsuliyyəti diqqətdən kənar qalmamlıdır. Məncə hazırkı vəziyyətə görə əsas məsuliyyəti cəmiyyətimiz daşıyır. Çünki siyasi müxalifət hər zaman demokratik dəyişikliklər uğrunda fəal mübarizə aparıb. Ancaq təəssüf ki, Azərbaycan cəmiyyətinin yetəri qədər siyasi aktiv olmaması, vətəndaşların demokratik dəyişikliklərlə bağlı məsuliyyət hiss etməməsi, bu məsuliyyətin yalnız müxalifətə aid olduğunu və dəyişiklikləri müxalifətin həyata keçirməli olduğu fikrində olması hakimiyyət üzərində ictimai təzyiq yarada bilmir. Hakimiyyət də cəmiyyətin təzyiqini üzərində hiss etmədiyinə, yalnız müxlifətin tələbləri ilə üzləşdiyinə görə, demokratik seçki tələblərini nəzərə almır. Bu günkü durumun məsuliyyəti mən hesab edirəm ki, siyasi müxalifətdən daha çox Azərbaycan cəmiyyətinin üzərinə düşür. Müxalifət bu gün bütün repressiyalara sinə gərir, bizim bu gün həbsxana görməyən fəalımız yoxdur. Hər cür təzyiq və məhrumiyyətlərə məruz qalırıq, ən çətin şərtlərdə belə əlimizdən gələni edirik. Burada çatmayan detal Azərbaycan cəmiyyətinin aktiv olub siyasi proseslərdə rol almamasıdır. Artıq Azərbaycan cəmiyyəti də reallığı görür, dəyişikliklərin olmaması insanları narahat edir və cəmiyyət artıq dərk edir ki, bu təkcə müxalifətin gücünə həll olunası məsələ deyil. Nə zaman ki, cəmiyyət özündə qərar tapıb meydana çıxacaq o zaman da hesab edirəm ki, bu dəyişiklikləri gerçəkləşdirmək mümkün olacaq.

- Cəmiyyət bəlkə daha müxalifətə inanmır...
- Bu ilk baxışda mübahisə yarada bilər, ancaq reallıqda burada mübahisəyə yer yoxdur. Seçkilərdə məhz müxalifət namizədləri cəmiyyətin səsini qazanır. Məncə, problem inam məsələsində deyil. Azərbaycan cəmiyyətində yalnış bir təsəvvür formalaşıb ki, bu işləri məhz müxalifət görməlidir. Digər tərəfdən insanlarda qorxu, ehtiyatkarlıq var. Ancaq zaman keçdikcə insanlar anlayırlar ki, qorxmaqla öz təhlükəsiziliklərini təmin etmək mümkün deyil. Baxın bu gün minlərlə adamın mülkiyyəti əlindən alınır,dövlət məmurlarının özbaşınalığından əziyyət çəkirlər. Halbuki, bu haqqı tapdananlar heç vaxt siyasətə qarşımayıblar. Demək qorxu heç də rejimin təzyiqlərindən qorunmağa kömək etmir. Hər kəs bu vəziyyətdən öz nəsibini gec ya tez alır.

- Prezidentliyə namizədliyin müəyyənləşməməsində hiss olunur ki, bəzi məsələlər qapalı həll olunur. Siz hələ də namizədinizi seçməmisiniz?
- Siyasətdə qərarlar zaman və şərtlərə uyğun qəbul olunur. Çünki ölkədə demokratik seçki mühiti yaranmayıbsa, bir neçə namizəd və yaxud vahid namizədlə seçkidə iştirak etsə də seçki saxtalaşdırılacaqsa, nəticə dəyişməyəcək. Buna görə də namizəd məsələsindən öncə həll olunacaq əsas məsələ məhz demokratik seçki mühitinin yaradılmasıdır. Ancaq vahid namizəd məsələsi indidən gündəmə gələrsə təbiiki burada rəqabət elementləri olacaq. Müxtəlif siyasi qüvvələrin təmsilçiləri çalışacaqlar ki, onların liderlərinin öncüllüyü təmin edilsin. Bu halda əsas diqqət seçki prosesinin demokratikliyini təmin etməkdən daha çox namizəd məsələsinə yönələcək. Seçkiqabağı mühitin demokratikləşdirilməsi fikri isə butün demok düşərgənin maraqlarına uyğun olduğu üçün bizim üçün birləşdirici motivdir. Bu məqsədə nail olduqdan sonra zamanı gələndə vahid namizədi problemini də həll etmək olar.

- İsa Qəmbər namizəd olacağını açıqlayanda həmkarlarınızdan fərqli olaraq siz bir qədər sərt təpki vermişdiniz, hələ də o mövqedəsiniz?
- Həmin vaxt elə təəsürat yarandı ki, söhbət İP-nın vahid namizədindən gedir və İsa bəy də bu məsələyə aydınlıq gətirdi. O bildirdi ki, İP-n namizədi kimi deyil, Müsavat partiyasının namizədi kimi öz namizəd olacağını nəzərdə tutur. İctimai Palatanın vahid namizədi sonrakı mərhələdə razılaşdırılacaq. Burada hər hansı bir qarşıdurmadan, narazılıq elementlərindən söhbət gedə bilməz.

- Bəlli məsələdir ki, prezidentliyə ya İsa Qəmbər, ya da Əli Kərimli namizəd olacaq. İkisi də seçkidə namizəd ola bilməz axı...
- İctimai Palatada həm Əli Kərimlinin, həm də İsa Qəmbərin iştirakı ilə qəbul olunmuş memorandumda üçüncu variantın mümkünlüyü də nəzərədə tutulmuşdur. O baxımdan biz bu məslənin indidən şəxslər üzərində aparılmasının əleyhinəyik. Zamanı gələndə ən uyğun şəkildə bu məsələ öz həllini tapacaq.

- Deyək ki, demokratik seçki mühitinə nail ola bilmədimniz. O halda nə olacaq?
- Bu ən pis variant hesab olunur. Yenə də artıq seçki kampaniyasının başlanması ərəfəsində o şərtlərə uyğun vahid namizəd məsələsini həl edə bilərik. Cəmiyyət də biləcək ki, bu rejimə alternativ namizədi kimdir. Azərbaycan cəmiyyətinin müxalifətin vahid namizədinin kimliyini indi və ya gələn ilin yazında bilməsi heç nəyi dəyişmir. Əsas məslə odur ki, namizədin kimliyi deyil, seçkilərin demokratikliyi və insanların mübarizliyi mədəyişiklikləri gerçəkləşdirə bilər.

- Onsuz da dəyərləndirmələr onu göstərir ki, hər şey pisə doğru gedir. Bu vəziyyət dəyişməsə baykot variantı var?
- Boykot variantının indidən gündəmə gətirməyin əleyhinəyik, çünki bu passivliyi yaradan mövqedir. Biz bütün hallarda daha çox ona indeksləşmişik ki, seçkiyə qatılaq, mübarizə aparaq və qalib gələk. Əgər sizin o dediyiniz pessimist variantlar olarsa müxalifət qazanılan səslərin qorunması uğrunda Azərbaycan cəmiyyətinə müraciət edərək kütləvi, fəal mübarizəyə başlayacaq. Həmçinin beynəlxalq birliyə də müraciət olunması nəzərdə tutulur ki, saxta seçkinin nəticələrini tanınmasın. Bu artıq qüvvələr nisbəti ilə həll olunası məsələyə çevrilir. Bu zaman xalq meydanlarda olacaqsa bütün hallrda dəyişikliklər olacaq.

- Sizcə iqtidarın müsbət cəhəti yoxdurmu?
- Azərbaycan hakimiyyəti elə bir siyasət aparıb ki, onun hər hansı müsbət cəhəti yox, bu gün yaratdığı problemlər cəımiyyətdə müzakirə olunur. Təəssüf ki, biz müxalifət olaraq Azərbaycan hakimiyyətinin yaratdığı problemlərin ağrısından danışmağa məcburuq, bu bizə də xoş deyil. Bu problemlərin ağrısını hamımız yaşayırıq. Bu gün ölkdə seçki saxtakarlığı, məmur özbaşınalığı, korrupsiya baş alıb gedir, media sahəsində çox ciddi problemlər var. Əgər müsbət cəhətlər olmuş olsa idi o zamn YAP nümayəndələri daha niyə yalan danışmağa məcbur olurdular ki, doğru danışa bilmədiklərinə görədir ki, bu gün iqtidarın TV-lərinə, təmsilçilərinə kimsə qulaq asmaq istəmir.

- Axı müsbət hallar da var....
- Bəli fasadlar rənglənir, binaların daşla üzlənməsi aparılır, körpü tikintiləri həyata keçirilir. Ancaq dəfələrlə mətbuatda bildirilir ki, bütün bu aparılan tikililərin arxasında böyük korrupsiya faktları durur. Bu tikintilər quruculuq niyyətindən daha çox büdcə vəsaitlərinin çapılıb talanması mexanizmi kimi fəaliyyət göstərir. Bu gün sənaye ehtiyaclarının 95 faizindən çoxunu xaricdən gətiririk. Biz hələ də yerli istehsalı qura bilməmişik. Bu gün ölkənin büdcəsi hansısa tikinti təmir xərcləri altında mənimsənilir. Biz zahirən rənglənmiş fasada baxıb münasibət bildirməyin yox, arxasında duran gerçəkliyə nəzərə almağın tərəfdarıyıq. O mənzilin içərisində yaşayan ailə minimum istehlak ehtiyaclarını ödəmək imkanında deyilsə o ailənin problemlərini görməzdən gələ bilmərik. Əgər bu dövlət bu gün dünyada korrupsiyaya, insan haqlarının tapdanmasına və digər demokratik dəyərlərin boğulmasına görə, qeyri-azad ölkələr sırasındadırsa və əgər insanlar üçün dövlət onların arxası, söykənəcək yox, onlara zülm edən, onların haqqını boğan bir mexanizmə çevrilibsə o halda arxasında külli miqdarda korrupsiya elementləri olan tikililərə baxıb qürur hissi keçirmək yalnışdır. Dövləti elə bir hala salıblar ki, biz istənilən atılmış addımların, görülmüş işlərin arxasında korrupsiya elementlərini görürük.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru