DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                 

MURTUZ ƏLƏSGƏROVUN OĞLU ŞTRASSERƏ CAVAB VERDİ
Tarix: 4-11-2011, 17:27 | Çap et
MURTUZ ƏLƏSGƏROVUN OĞLU ŞTRASSERƏ CAVAB VERDİ

[b]“O, QƏRƏZLİDİR”

Azərbaycan Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AŞPA məruzəçisi Kristof Ştrasserin Azərbaycana səfəri ətrafında yaranmış ajiotajla bağlı fikirlərini açıqlayıb.

APA PA rəsmisi ilə müsahibəni təqdim edir.

- Son vaxtlar mətbuatda siyasi məhbuslar problemi çox geniş müzakirə olunur. Buna səbəb AŞPA-nın məruzəçisi Kristof Ştrasserin Azərbaycana səfərini təxirə salması, həmçinin qəzetlərdən birinə verdiyi müsahibədir. Həmçinin bu məsələ ilə bağlı mövqelər kifayət qədər haçalaşır. Baş verənlərlə bağlı mövqeyinizi bilmək istəyərdik.

- İlk olaraq qeyd etmək lazımdır ki, məruzəçi Ştrasserə Azərbaycana səfər etmək üçün viza verilməsindən imtina edilməsi barədə məlumat həqiqətəuyğun deyil. Məruzəçi viza verilməsinə dair rəsmi rədd cavabı almayıb. O, ölkəmizə noyabrın 4-də gəlmək niyyətində idi, lakin oktyabrın 28-də məruzəçinin Azərbaycan tərəfinin razılığı olmadığına görə səfərdən imtina etməsinə dair xəbər yayıldı. Razılaşın ki, planlaşdırılan səfərə müəyyən qədər vaxt qalsa da, onun müraciətinə cavab verilməməsi ilə rəsmi rədd cavabı verilməsi eyni şeylər deyil. Bu tarixlərdə, yəni oktyabrın 28-29-da cənab Ştrasserin müsahibəsi dərc olunub. Müharibədə elə fikirlər səslənib ki, bu fikirlər təkcə heyrət doğurmur, həm də məruzəçinin statusu ilə qətiyyən bir araya sığmır və AŞPA komitəsinin qərarı ilə ziddiyyət təşkil edir.

- Söhbət hansı qərardan gedir?

- Bu il oktyabrın 5-də AŞPA-nın Hüquq məsələləri və insan haqları komitəsi bu məsələ ilə bağlı hazırlanacaq hesabatın adının dəyişdirilməsi barədə qərar qəbul edib. Əgər hesabat ilkin olaraq “Siyasi məhbusların müəyyənləşməsi / Azərbaycanda siyasi məhbuslar məsələsinə baxılmasının davamı” adlanırdısa, indi “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” adlanır. Yəni, müvafiq olaraq hesabatda təkcə Azərbaycanda deyil, Avropa Şurasına üzv bütün ölkələrdə vəziyyətə toxunulacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, Avropa Şurası öz fəaliyyətində ayrı-seçkiliyə və ikili standartların tətbiqinə yol verməməli, yəni öz prinsiplərinə dönmədən sadiq qalmalıdır. Siyasi məhbuslar məsələsi ya istənilən ölkəyə nəzərən qaldırılmalı, ya da ümumiyyətlə qaldırılmamalıdır. Biz uzun illər ərzində bu mövqeyimizdə ardıcıl olaraq israr etmişik. Bununla əlaqədar hesab edirəm ki, AŞPA-nın hesabatın adını dəyişdirmək və onun digər ölkələrə də şamil edilməsi barədə qərarı sağlam düşüncənin qələbəsi, problemə daha obyektiv yanaşmanın təzahürüdür. Lakin AŞPA-nın bu qərarına baxmayaraq cənab Ştrasser öz müsahibəsində bəyan edib ki, hazırlanacaq hesabat yalnız Azərbaycana şamil olunacaq. Bundan başqa, o əvvəlcədən, heç bir materiala baxmadan bəyan edib ki, hesabat ölkəmiz üçün müsbət olmayacaq. Məruzəçinin bu bəyanatı onun obyektivliyinə ciddi şübhələr yaradır, Azərbaycana qarşı qərəzli münasibət bəslədiyini göstərir.

- Məruzəçi müsahibəsində bəyan edib ki, Azərbaycan siyasi məhbuslar məsələsinin qaldırıldığı yeganə ölkə deyil. O xatırladıb ki, “siyasi məhbus” anlayışı və onu müəyyənləşdirən kriterilər Ermənistana münasibətdə də tətbiq olunub.

- Əgər biz məsələnin tarixinə baxsaq, görərik ki, 2001-ci ildə Avropa Şurası baş katibinin təyin etdiyi ekspertlər doğrudan da Ermənistanla bağlı iki işə baxıblar. Hər iki halda işləri araşdırılan şəxslər siyasi məhbus kimi tanınmayıb. AŞPA daha heç vaxt Ermənistanda siyasi məhbuslar məsələsinə qayıtmayıb, baxmayaraq ki, Ermənistanda baş verən hadisələr dəfələrlə buna əsas verib. 2001-ci ildən sonra AŞPA Ermənistanda siyasi məhbuslarla bağlı bir sənəd belə qəbul etməyib. Eyni sözü kriterilərə də şamil etmək olar. O kriterilər yalnız Ermənistan və Azərbaycanda siyasi məhbus sayılan şəxslərin işinə baxmaq üçün qəbul olunub. Artıq qeyd etdiyim kimi, 2001-ci ildə iki iş istisna olmaqla bu kriterilər Ermənistana qarşı tətbiq olunmayıb, baxmayaraq ki, Azərbaycan AŞPA-da Ermənistanda baxılması tələb olunan işlərin olduğuna dair dəfələrlə məsələ qaldırıb. Avropa Şurasının heç bir digər üzvü bu kriterilərin özünə qarşı tətbiq olunmasına razılıq verməyib. Bununla da, uzun illər ərzində bu kriterilərin tətbiq olunduğu yeganə ölkə faktiki olaraq Azərbaycandır. Bununla belə, tamamilə aydındır ki, əgər siyasi məhbuslar məsələsi ilə bağlı hesabat istənilən Avropa Şurası ölkəsini əhatə edəcəksə, onda bütün ölkələr AŞPA vasitəsilə mövcud kriterilərə münasibətini ifadə etməli, ya onların tətbiq olunması ilə razılaşmalı, ya da bütün ölkələr üçün eyni yeni kriterilər hazırlanmalıdır.

- AŞPA komitəsinin siyasi məhbuslarla bağlı hesabatının adını dəyişməsini nəzərə alsaq, Sizcə, məruzəçinin yenilənmiş mandatı necə olmalıdır?

- Hesab edirəm ki, Assambleya mümkün kriterilərlə bağlı fikirlərini ifadə etdikdən sonra məruzəçi AŞPA-nın siyasi məhbusların olduğunu düşündüyü bütün ölkələrdə vəziyyəti dəyərləndirməlidir. Düşünürəm ki, hesabat ən azı bütün Cənubi Qafqaz regionunu əhatə etməlidir. Yeri gəlmişkən, bu tək mənim deyil, bir sıra yerli və xarici hüquq-müdafiə təşkilatlarının mövqeyidir. «Human Rights House Tbilisi» hələ 2010-cu ildə bir sıra beynəlxalq QHT-nin adından AŞPA sədri Mövlud Çavuşoğluna, AŞPA-nın baş katibi Tyorborn Yaqlanda, Avropa Şurasının İnsan haqları komissarı Tomas Hammarberqə, Avropa Komissiyasının sədri Joze Manuel Barrozuya və Avropa Parlamentinin sədri Erji Buzekə ünvanladığı açıq məktubu dərc edib. Məktubda qeyd olunur ki, həmin vaxt Gürcüstanda 60-a yaxın siyasi məhbus olub. QHT Avropa Şurasını Gürcüstana müstəqil ekspertlər göndərməyə, həmçinin 2010-cu ilin sonuna kimi AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisini hər üç Cənubi Qafqaz ölkəsinə göndərməyə çağırıb.

- Ştrasserin müsahibəsində səsləndirdiyi bəyanatlara qayıtmaq istərdik. O, digər məsələlərlə yanaşı qeyd edib ki, Azərbaycan bəzi lobbistlər vasitəsilə AŞPA-nın Hüquq məsələləri və insan haqları komitəsinin üzvlərinə və digər şəxslərə rüşvət verməyə cəhd edir. Bu bəyanatı necə şərh edirsiniz?

- Artıq qeyd etdim ki, məruzəçi Ştrasser öz müsahibəsi çərçivəsində dəfələrlə ölkəmizə qarşı qərəzli mövqeyini nümayiş etdirib. Lakin onun bu sözləri təkcə qərəzli münasibətin təzahürü deyil. O, bütün ölkələrin qanunvericiliyinə və beynəlxalq sazişlərə uyğun olaraq cinayət hesab olunan əməlin törədilməsi barədə bəyan edir. Bu cür bəyanatla çıxış edən istənilən şəxs ya fikirlərini sübut etmək üçün inandırıcı dəlillər təqdim etməli, ya da öz əsassız iddialarına görə cavab verməlidir.[/b]








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru