SƏRNİŞİN TƏYYARƏSİNDƏ CİB BIÇAĞI DA DAŞINA BİLMƏZ
Tarix: 12-10-2012, 09:57 |
Çap et
AMMA SURİYA GÖR, NƏ EDİR
Suriya təyyarəsində aşkar edilən hərbi cihazlar Rusiya şirkəti tərəfindən Suriyanın Müdafiə Nazirliyinə göndərilirmiş.
SalamNews-un “Cihan”a isitnadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O deyib: “Sərnişin təyyarəsində heç vaxt bu cür müdafiə sənayesinə aid silah-sursat, cihaz daşına bilməz. Hətta cib bıçağının da daşınmasına icazə vermərik. Bunu beynəlxalq sazişlər tələb edir. Amma bu vəziyyətdə bütün qaydalar pozulub. Suriya təyyarəsində aşkar edilən hərbi cihazlar Rusiya şirkəti tərəfindən Suriya Müdafiə Nazirliyinə göndərilirmiş. Hazırda əlaqədar qurumlar araşdırma aparırlar”.