Naxçıvan şəhəri, Şərur rayonu, Arbatan kənd sakini Vurğun Qasımovun ailə üzvləri tərəfindən “Hürriyyət”ə şikayət məktubu daxil olub.
V.Qasımovun Naxçıvan Şəhər Daxili Qoşunlarında müddətdən artıq hərbi qulluqçu (“MAXE”) olaraq 8 ildir xidmət etdiyini deyən şikayətçi bildirir ki, o, sentyabrın 27-də sağlıq durumu ilə bağlı Naxçıvandakı Hərbi Hospitala yerləşdirilib. Bir gün sonra Bakıya göndərilib.
Həyat yoldaşı hazırda Sabunçu Xəstəxanasında müalicə olunan Vurğun Həsənovun baxımsız vəziyyətdə qaldığını iddia edir.
Şikayətçinin video-müraciətini olduğu kimi dərc edirik: