"Bu, Azərbaycansayağı müflisləşmə və ləğv prosesidir..." - İLGİNC...
Tarix: 5-12-2024, 11:27 | Çap et
 Hüquqşünas Əkrəm Həsənov ölkədə ən son bağlanan bank olan "Muğanbank"ın ləğv prosesindəki özbaşınalığın arxasında dayanan qaranlıq məqamlara aydınlıq gətirib.
O, "Muğanbank"ın kreditorlarını birləşməyə səsləyib: "Muğanbank" ötən ilin oktyabr ayında müflis elan olunub. Müştərilərin dağıdılmış vəsaitin həcminə görə "Bank Standard", "Texnikabank" və "AtaBank"ın günündədir. Yəni bu bankın sahibləri və rəhbərləri orada daşı-daş üstdə qoymayıblar. Minlərlə yerli və xarici müştərinin bu bankda yüz milyonlarla vəsaiti qalıb. Hətta işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tikinti şirkətlərinin də. Məlum olduğu kimi, bu bank keçmiş deputat, "Odlar Yurdu" Universitetinin rektoru kimi tanınan Əhməd Vəliyevə və onun ailəsinə məxsus idi. Bu bankda vəziyyət həmişə bərbad olub. Hətta ötən ilin may ayında "GünayBank" bağlananda sual etdim ki, bundan qat-qat ağır vəziyyətdə olan "Muğanbank"ı niyə bağlamırlar bəs? Bir neçə ay sonra onu da bağladılar. Daha çox müştəri cəlb edib pullarının başına daş salandan sonra."
Ekspert bildirib ki, bu bankda heç vaxt normal idarəetmə olmayıb:
"Məlumat var ki, xeyli qanunsuz bank qarantiyaları da verib və s. Gözləmək olardı ki, digər müflis bankların çoxunun sahibləri kimi bunun da yiyələrinə qarşı tədbirlər görüləcək. Lakin əksi oldu. Belə ki, bu il hətta Əhməd Vəliyevin oğlu Samir Vəliyev deputat da oldu. Görünür, bizdə daha çox vəsaitin başına daş salmaq lazımdır ki, yekunda sudan quru çıxasan. Hər bir halda indi əsas məsələ Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Muğanbank"ın ləğvinin necə həyata keçirilməsidir. Xatırladıram ki, bu proses əsnasında fond bankın əmlakını hərracda satmalı, verdiyi kreditləri qaytarmalı, bankın sahibləri və rəhbərlərinin pozuntuları olduğu halda vəsaiti onlardan tələb edərək almalı və yekunda yığılmış vəsaiti kreditorlar (bankda pulu qalmışlar) arasında bölüşdürməlidir. Bu prosesə də Kreditorlar Komitəsi nəzarət etməlidir. Rübdə bir dəfə fond bütün kreditorlara hesabat və ləğv planını təqdim etməlidir".
Əkrəm Həsənov qeyd edib ki, indiyədək Bakı Apellyasiya Məhkəməsi kreditorların siyahısını belə təsdiq etməyib: "Halbuki, qanunvericiliyə görə məhkəmə onu bu ilin fevral ayında təsdiq etməli idi. Böyük ehtimalla fond hələ də siyahını məhkəməyə tam təqdim etməyib. Niyə? Ona görə ki, bu halda Kreditorlar Komitəsi yaranacaq və Fondun işinə nəzarət edəcək. Fond isə bunu istəmir. Əvvəla, öz maraqları naminə: məlumdur ki, ləğv prosesində olan bankların olan-qalan əmlakının başına da məhz bu fond tam daş salır. Digər tərəfdən isə böyük ehtimalla fond bu bankın sahibləri və rəhbərlərini zərbədən qoruyur. Çünki prosesə nəzarət başlasa, bu bankın niyə müflisləşməsi sualı ortaya çıxacaq, təqsirkarlar axtarılacaq. Hələlik isə fond heç kreditorların məktublarına belə cavab vermir. Xarici kreditorlar mənə müraciət edir ki, heç belə də şey olar, pulumuz orada qalıb, buna başa düşdük, bəs ləğv prosesi niyə qeyri-şəffaf aparılır, bizə məlumat verilmir? Zavallılar heç bir ölkədə belə şey görməyiblər. Bu, Azərbaycansayağı müflisləşmə və ləğv prosesidir".
Ekspert yaranmış vəziyyəti nəzərə alaraq bu bankın kreditorlarına üz tutub: "Gözləməyin! Heç kəslə separat danışıqlara getməyin, sizi aldadacaqlar, gözlə deyəcəklər ki, vaxt udsunlar. Özünüz biri-birinizlə əlaqə saxlayaraq toplantı keçirin. Yalnız siz birləşdiyiniz halda fond və məhkəmələr sizin maraqlarınızla hesablaşacaq. Əks halda, fond sizə bir qəpik də qaytarmayacaq. Bir sözlə, gəlin özümüz bu bankın kreditorlarının toplantısını keçirək, bankın müflisləşmə səbəblərini araşdıraq, təqsirkarları müdafiə edək. Fonddan şəffaf və ədalətli ləğv prosesini tələb edək".
AFN.az

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
|