Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Naxçıvanda yenə də ƏCAİB QƏRARLAR VERİLİR...
Naxçıvanda yenə də ƏCAİB QƏRARLAR VERİLİR...7-10-2024, 14:30 |
"Həftənin ilk iş günü Naxçıvan Respublika xəstəxanasının laboratoriyası işə repressiyalarla başlayıb". dia-az.life xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib. Jurnalist daha sonra əlavə edib: "Laborantlardan aldığım məlumata görə, onlara müddətsiz əmək müqaviləsi yazdıra bilməyən TBİM artıq asiləri pərən-pərənə salmaq metoduna keçib. Bildirilir ki, bu gün səhər tezdən laborantları iclasa toplayan “EXON-Naxçıvan” şirkətinin direktor müavini, TBİM sədrinin xalası oğlu Nihat (nə yazır ki, işçilərinin heç biri onun familiyasını bilmir) “yoldaş” onları başqa xəstəxanaya göndərməklə hədələyib. Və sözünə əməl edib də. Laborantlardan biri Doğum xəstəxanasına, digəri isə Təcili Yardım məntəqəsinə transfer olunub. Digərləri isə hələ də ərizə yazıb başqa xəstəxanaya getməkdən imtina edirlər. Qeyd edək ki, Naxçıvan Respublika xəstəxanası laboratoriyanı 4 milyon manata Türkiyən “EXON” şirkətinə satıb. Bakıdan “canişin” əfəndiyə dövlət laboratoriyasının satılmasının qanunsuz olduğu başa salınıb və xəstəxana tenderin nəticələrini ləğv edib. Buna baxmayaraq, laboratoriyaya hələ də “EXON-Naxçıvan” şirkətinin rəhbərliyi altında fəaliyyət göstərir. Görünür, “canişin” əfəndi özünü qanundan yüksək tutub, nə Bakıdan gələn təlimatları, nə də qanunvericiliyin tələblərini hesaba qoyur. “Malades”, belə “canişin”ə!" Qeyd: Heydər Oğuz "canişin" dedikdə Fuad Nəcəflini nəzərdə tutur... Geri qayıt |