Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Əmrullayev-Muradov toqquşması tələbələri ÇIXILMAZ DURUMA SALIB
Əmrullayev-Muradov toqquşması tələbələri ÇIXILMAZ DURUMA SALIB9-10-2024, 11:26 |
UNEC 1 ildən artıqdır ki Dərbənd filialının məzunların diplomlarını vermir. dia-az.life olaraq bu barədə dəfələrlə tələbə gileylərini təqdim etmişik. Qeyd edək ki, diplomların verilməməsi məzunlar çıxılmaz vəziyyətə salır ki, onlar universitetdən sonrakı həyatlarının qurulmasında problemlər yaşayırlar. Bununla bağlı dia-az.life-ya danışan tələbələrin sözlərinə görə, UNEC-in Dərbənd filialına belə ögey münasibət səbəbsiz deyil: "Deyilənə görə rektorla yəni Ədalət Muradovla Elm və Təhsil naziri Emin Əmrullayevin arasında olan konflikt var və bu da diplomların verilməməsində səbəbdir..." "Bu problemin məzunlara tələbələrə nə aidiyyatı var ki?" deyə məzunlar etiraz edirlər. dia-az.life xatırladır ki, eyni filialı bitirən keçən il, yəni 2023 və bu il 2024-cü ildə bitirən məzunlarının hələ də diplomları verilməyib. "Bu gün-sabah..." deyə-deyə artıq 1ildən artıqdır ki yola verirlər məzunları… Məzunlar daha sonra bildirir: "UNEC-ə müraciət etdikdə ki, diplomlar niyə verilmir, səbəbin isə deyirlər ki, Təhsil Nazirliyinə müraciət edin Diplom məsələsi onların problemidir. Onlar bizə diplom göndərsinlər ki biz də imzalayaq sizə təqdim edək. Təhsil nazirliyinə müraciət edirik, qəbulda iştirak etdik deyirlər, universitetlə əlaqə saxlayın. Bu bizim universitetlə öz aramızda olan problemdir. Təhsil nazirliyi bununla bağlı heç bir mətbuata açıqlama vermir. Rektorun qəbuluna yazılmaq istəyəndə Ədalət Muradov məzunları qəbul etmir. Açıq özbaşnalıqdır, dəqiq məlumat verən yoxdur..." Məsələ diqqətimizdədir. Geri qayıt |