Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR?

İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR?


10-10-2024, 11:31
İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR?
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun “20 Yanvar” metrostansiyasının keçidlərində və yerüstü fəaliyyət göstərən ticarət obyektlərini ələ keçirməyə çalışdığı iddia olunur.

Pravda.az xəbər verir ki, bu barədə sahibkaların sosial şəbəkələrdə və mətbuatda ünvanladıqları şikayətlərdə bildirilib.

İddia olunur ki, İntiqam Məmmədov özünə məxsus olan “Beşmərtəbə” və “28 May” yeraltı keçidlərində ticarət obyektlərinə toxunmur, lakin “20 Yanvar” yeraltı keçidində çalışan onlarla sahibkarı incidir, onları dövlətdən narazı salmağa çalışır.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün Pravda.az İntiqam Məmmədovla əlaqə saxlamağa çalışıb.

Oktyabrın 9-dan edilən zənglərə Məmmədov özü cavab verməsə də, Departamentin əməkdaşı saytımızla əlaqə saxlanılacağını deyib.

Geri qayıt