Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR?
Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR?14-10-2024, 12:21 |
Sabirbad müəllimləri Həmkarlar İttifaqının fəaliyyətindən narazırılar və onlar hesab edirlər ki, Həmkarlar İttifaqı qeyri-şəffaf çalışır... Poliqon xəbər verir ki, dövrü mətbuatda yayılan məlumatlara görə, Sabirabad Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqından isə narazılıqlar son bir neçə ayda xeyli artıb. Məlumata əsasən Sabirabad Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Seyidhüseyn Hüseynov rayon üzrə 4 min nəfərdən ibarət olan pedaqoji kollektivdən hər ay topladığı vəsaitlərlə bağlı hesabat vermir. Narazı müəllimlər deyir ki, S.Hüseynov özü dəbdəbəli həyyat yaşayır. Dəyəri 60 min manatdan baha olan ən son model “Toyota Camry” avtomobili idarə edir. Müəllimlər qeyd edirlər ki, hər ay Sabirabad rayonunda 4 min müəllimin əmək haqqından 2 faiz Həmkarlar İttifaqına üzvlük haqqı tutulur. Bu isə ortalama adambaşına 20 manat deməkdir. Əgər hər müəllimdən ayda ortalama 20 manat üzvlük haqqı toplanırsa, 4 min müəllimdən toplanan vəsait 80 min manat edər və Sabirabadın təhsil kollektivləri haqlı olaraq sual edirlər ki, bu vəsait hara yoxa çıxır? Yayılan məlumatlarda qeyd edilir ki, S.Hüseynova müraciət edən müəllimlərə cavab verilir ki, toplanan vəsaitlərin 50 faizi avtomatik olaraq Bakıya, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabına köçürülür. Yerdə qalan 10 faiz yardım və putyovkaların verilməsinə xərclənir, əsas 40 faizi isə guya Sabirabadda keçirilən tədbirlərə xərclənir. Maraqlıdır ki, toplanan vəsaitlırin 50 faizi Sabirabadda qalsa da keçirilən tədbirlər, onların təşkili ilə bağlı sərf edilən vəsaitlər haqqında məlumat almaq mümkün olmayıb. Qeyd edək ki, məsələ ilə bağlı Poliqon Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevə sorğu göndərib. Aradan 5 gün vaxt keçməsinə baxmayaraq, sorğuya cavab verilməyib. Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqınının (ATİAHİ) Sabirabad rayon Komitəsinin saytında da yığılan üzvlük haqqları, bu vəsaitlərin sərfiyyatı ilə bağlı heç bir məlumat tapa bilmədik. Ümumiyyətlə https://sabirabad.atiahi.org/pages/sabirabad-umumi-melumat elektron ünvanda fəaliyyət göstərən saytın demək oalr ki, bütün bölmələri böşdur. Xatırladaq ki, avqust ayının 26 da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib. Sahib Məmmədov seçildiyi zaman çıxışında Konfederasiyada bir sıra nəzərə çarpacaq islahatların başlanacağına, bir sıra kadr islahatlarının həyata keçiriləcəyinə, və ən əsası bundan sonra Konfederasiyanın şəffaf və hesabatlılıq prinsipləri ilə işləyəcəyini bəyan edib. Poliqon.info Geri qayıt |