Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB?
İcra nümayəndəsi vətəndaşın torpağını MƏNİMSƏYİB?18-10-2024, 11:14 |
Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 400 “A”da yaşayan Vəliyeva Səməngül Hüseyn qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.life-ya daxil olan müraciətdə deyilir: "Mən ömür boyu işləyib yığdığım vəsaitlə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar əliyev küçəsində yerləşən 10 sot torpaq sahəsini 55000 ( əlli beş min) manat pul verib almışdım ki, ev tikib ailəmlə yaşayım. Lakin çox təəssüflər olsun ki, yerli icraya ev tikmək istədiyimi bildirəndə lazımi sənədlərim olsa da sənədlərimin düzgün olmadığını bəhanə edən Bülbülə qəsəbə İcra nümayəndəsi Elçin Seyfullayev bildirdi ki, ev tikmək üçün layihəniz yoxdur. Ona görə də fərdi ev inşa edə bilməzsiniz. Mən ona görə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qəbuluna yazıldım. Lakin bu arada icra başçısı dəyişdi. Və cənab Adil Əliyev təyin olundu. Bu ilin avqustun 24-də gördüm ki, mənim torpaq sahəmdə 7-8 nəfər tələsik tikinti işləri aparırlar. ( Biri qadın olmaqla) Qadın məni təhqir edib bildirdi ki, biz bu torpağı almışıq.Və məni uzaqlaşdırmaq üçün Elçin adlı birisinə zəng edərək bildirdi ki, tez dəstəsini yığıb gəlsin bura. Mən də dərhal DİN-nin 102 xidmətinə zəng edib mənim torpaq sahəmdə özbaşına aparılan tikintinin dayandırılması barədə məlumat verdim. Lakin onlar 4 saatdan sonra gəldilər və tikintini dayandırdılar. Bu müddət ərzində mübahisə olunan yerə icra nümayəndəsi Elçin Seyfullayev öz şəxsi ağ rəngli, KİA markalı, 77 MJ 795 nömrəli bahalı avtomobili ilə tələsik gələrək torpağımı özbaşına satdığı tikinti aparan adamlara işarə verdi ki, tikintini tezləşdirin. Mənə isə əli ilə rədd cavabı verərək yerdən uzaqlaşdı. Səhəri günü Yəni 25 avqustda( bazar günü) yenə torpaq sahəmə baxmağa getdim. Yenə qanunsuz tikinti davam edirdi. Avqustun 26-da Suraxanı İcra Hakimiyyəti Aparatında yeni başçının qəbuluna düşmək istədim. Lakin Aparata gələn E. Seyfullayev başçının Bəhruz adlı köməkçisinə nə dedisiə məni qəbula qoymadılar. Bəhanə etdilər ki, növbəti həftənin birinci günü , yəni sentyabrın 2-nə qəbula yazdılar. Yəni, elə başa düşdüm ki, burada E.Seyfullayevin mənə maneçilik törətməkdə məqsədi pul ( rüşvət alıb) başqasına qanunsuz və sənədsiz satdığı mənim torpağımda başlanmış tikinti işlərini başa çatdırsınlar. Bundan sonra növbəti qəbul üçün 29.08.2024-cü ildə Suraxanı İH-dən 050-717 69 56 mobil nömrəsindən mənə zəng edib bildirdilər ki, qəbul Sentyabrın 2- də yox, 9 Sentyabrda olacaqdır. Lakin yenə 6 Sentyabrda həmin tel., nömrəsindən zəng edib bildirdilər ki, qəbula 16 Sentyabrda gələrsiniz. Yəni, açıq aşkar İcra Hakimiyyətinin qəbul üzrə nümayəndəsi Bülbülə qəsəbə nümayəndəsi ilə gizli sövdələşərək mənim icra başçısı Adil Əliyevin qəbuluna qəsdən 20 gün gecikdirdilər ki, bu müddətdə Seyfullayevin özbaşına başqalarına pul alıb satdıqları torpağımda qanunsuz və sənədsiz evi tikib qurtarsınlar. Mən icra başçısı A.Əliyevin 16 Sentyabrda qəbulunda oldum. O, söz verdi ki, narahat olma, biz fövqəladə halların komissiyasını yaradaıb yerində baxcağıq və ev tikintisi uçurdulacaq. Cənab Prezidentimizin bu istiqamətdə göstərişinə zidd çıxaraq tikilən hər hansı ev uçurulacaqdır”. Lakin bu günə qədər deyilənlərin əksinə proseslər baş verdi. Yəni, nəinki ev uçuruldu, qapı-pəngərəsi qoyuldu, damı örtüldü, hasarı çəkildi və qanunsuz evi tikib başa çatdırdılar. Sentyabrın 12-də bu barədə Suraxanı rayon Prokurorluğuna da ərizə ilə müraciət etdim. Sentyabrda yuxarı orqanlara Seyfullayevin özbaşnalığı və qanunsuz tikintinin dayandırlması barə də teıeqramlar göndərdim. Hələlik heç bir xeyri olmayıb... Mən şəxsən başıma gələn və yerli icra məmurları tərəfindən gətirilən bütün bu özbaşnalıqlar yalnız öz şəxsi mənafelərini güdən, qanunları ayaq altında tapdayan süründürməçilər Sizin qanunsuz tikinti işlərilə bağlı konkret göstərişlərinizə qəsdən əməl etməyərək öz maddi maraqlarını təmin etməklə korrupsiya və özbaşnalıq törədən qanunsuz hərəkətlərini nəzərə alaraq Sizlərdən çox xahiş edirəm ki, baş vermiş cinayəti və ona havadarlıq və şərait yaradan icra məmurları barədə qəti tədbirlər görülməsinə göstəriş verəsiniz ki, sonda mən min bir əziyyətlə pul yığıb aldığım 10 sot torpaq sahəsinə sahiblik edə bilim..." Geri qayıt |