Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Bir ildir ki, işçilərin bu hüquqları da pozulur...
Bir ildir ki, işçilərin bu hüquqları da pozulur...28-10-2024, 11:11 |
"Nəzərinizə çatdırım ki artıq ildən çoxdur ki "Socar" KQİT-d işçilərə uniforma vermir". "DİA-AZ xəbər verir ki, bunu öz gileyində SOCAR Kompleks Qazma İşləri Trestində (KQİT) çalışan işçilərdən biri yazıb. Narazı vətəndaş daha sonra qeyd edir: "Nə forma, nə də ki uzunboğaz çəkmə də verilmir. Bunun səbəbi nə ola bilər ki? Bu müddət ərzində yalnız bir bölümə bir neçə müavin gəlməyinin şahidi olmuşuq başqa iş görən yoxdur..." "DİA-AZ" bildirir ki, bu gileyə reaksiya verən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əlaqədar qurumları hərəkətə keçməyə çağırıb: "Bu məsələnin araşdırılmasına ehtiyac duyulur. Əgər şikayət düzdürsə, bu halda KQİT tərəfindən Azərbaycan Repsublikası Əmək Məcəlləsinin 209-cu maddəsi pozulmuş olur. Həmin maddədə işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi aydın ifadələrlə qeyd olunur..." Geri qayıt |