Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > “Bu adam meşədə BAZAR AÇIB...”

“Bu adam meşədə BAZAR AÇIB...”


1-11-2024, 16:47
“Bu adam meşədə BAZAR AÇIB...”
Gədəbəy rayonu, Kələman kənd sakini Hacıyev Rasim Şəmşəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayeva müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirəm ki, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Saratovka meşəbəyliyinin 7 saylı meşə dolayının gözətçisi İbrahimov Mübariz Qiyas oğlu ciddi qanun pozuntuları həyata keçirir. O, bizim haqlarımızı pozmaqla məşğuldur. Qeyd edim ki, bu adam meşədə “bazar açıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” çağrı mərkəzinə zəng edib şikayətimizi bildirsək də, heç bir nəticəsi olmayıb. Meşə gözətçisi İbrahimov Mübariz Qiyas oğlu öz çirkin əməlindən əl çəkməyərək, yenə də meşəni qırıb satmaqla və gözəl meşə sahəsini məhv etməklə məşğuldur.

2022-ci ilin noyabrından indiyə qədər dəfələrlə Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Direktoru Vasib Nəbiyeva şikayətimi bildirsəm də, heç bir tədbir görülmədi. Hətta mənə dedi ki, mən o gözətçini işdən azad edə və onun barəsində hansısa tədbir görə bilmərəm.

Məlum oldu ki, meşəni qırıb satan gözətçi İbrahimov Mübariz Qiyas oğlu, elə həmin mərkəzin direktoru Vasib Nəbiyev başda olmaqla, mərkəzin digər vəzifəli işçiləri və eyni zamanda meşəbəyi Əfqan Mustafayevlə əlbir işləyir. Ona görə də, rahatıqla meşəni qırıb satırmış.

Meşə ərazisi bizim evin arxa hissəsindən başlayır. Gözətçi Mübariz İbrahimov 2023-cü ilin yanvar ayında, biz evdə olmadığımız zaman, 19 ədəd fıstıq ağacını müxtəlif diametrlərdə kəsdirib satmışdı. Mən gəlib görəndə dəhşətə gəldim. Bu haqda Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasib Nəbiyeva şikayət etdim. O, yoxlama göndərdi. Yoxladılar Mübariz İbrahimova 1500 manat cərimə protokolu yazıldı. Həmin akta mən də qol çəkdim. Amma araşdırma üçün hüquq-mühafizə orqanına göndərmədilər. İşi öz aralarında həll etdilər.

O, 2-3 aydan sonra yenə meşəni qırıb talamağa başladı. Mən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayeva yazdım. Nazirlikdən məktub gəldi. Tovuz Regional 2 saylı Ekologiya İdarəsinin və Şəmkir Regional Meşə Təsərrüfatı mərkəzinin əməkdaşları birgə yoxlamaya gəldilər. Mənə bildirildi ki, sizə məktub göndərəcəyik. 1-2 ay keçdi, məktub gəlmədi. Belə olduqda, Meşə İdarəsinə gəldim. Mənə heç bir məlumat verilmədi.

Oğuz, Xanlar və Şəmkir rayonlarında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin qəbulunda olmuşam. Cənab nazir sağ olsun, məni qəbul etdi, şikayətimi dinlədi. Mənim əlimdə olan faktları da götürdü. Tapşırdı ki, bu işlə bağlı yoxlama getsin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 2 nəfər yoxlamağa gəldi. Yenə də meşə ərazisi yoxlanılmağa başlanıldı. Mən qanunsuz kəsilmiş ağacları göstərdikdə onlar dəhşətə gəldilər. Dedilər ki, cavan ağacı necə kəsiblər?! Lakin gözətçi Mübariz İbrahimov yoxlanışa mane oldu. Meşənin 40 faizi yoxlanılmadı. Məsələni öz aralarında həll etdilər. Yenə də araşdırmanın nəticəsi mənə göndərilmədi. Şəxsi nömrələrinə yığdım ki, siz məni aldatdınız, araşdırmanın cavabı mənə gəlmədi. Dedilər ki, məktubu sizə göndərmişik, yəqin poçtda problem olub. 3 gündən sonra araşdırmanın nəticəsini göndərdilər. Məktubda yazılmışdı ki, meşədə qanunsuz kəsilmə aşkar olunub, bununla bağlı aidiyyatı orqanlara məlumat verilib. Lakin heç bir ciddi tədbir görülmədi.

Cənab nazir Muxtar Babayev Şəmkir rayonunda vətəndaşları qəbul edən zaman yenidən qəbuluna getdim. Məktubu cənab nazirə göstərdim.

Lakin Mübariz İbrahimov yenə də öz işinin başındadır.

Məsələni bağlamaq üçün dedilər ki, ağacları naməlum şəxs kəsib. Belə bir variant işlətdilər.

Qeyd edim ki, bizim ərazidə qaz yoxdur, istilik üçün odundan istifadə edirik. Qırılmış ağac vardı, onu gətirmək istəyəndə gözətçi Mübariz İbrahimov və meşəbəyi Əfqan Mustafayev polis əməkdaşlarına məlumat verdilər, bizi tutdular. Bizə bildirildi ki, əlavə odun oğramışıq. Şəmkir Regional Meşə Təsərrüfatından Rövşən və Tural müəllim gəldi, yoxlama keçirdilər. Mənə dedilər ki, götürdüyün 2 kub metr odunun 480 manat cəriməsi var. Mən də onlara inandım. Məndən Mübariz İbrahimov və Əfqan Mustafayev 1000 manat aldılar. Onlardan çek tələb etdikdə isə bildirildi ki, çekini sənə verəcəyik. Tural və Rövşən müəllim də orada idi. 1 aydan sonra çekimi aldım. Çeki alanda baxıram ki, 48 manat cərimə yazılıb, deməli, məni aldadıblar”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məumat verilib. Qurumdan əməkdaşımıza bildirildi ki, araşdırılıb məlumat veriləcək.

“Bu adam meşədə BAZAR AÇIB...”
“Bu adam meşədə BAZAR AÇIB...”
“Bu adam meşədə BAZAR AÇIB...”
“Bu adam meşədə BAZAR AÇIB...”
“Bu adam meşədə BAZAR AÇIB...”
“Bu adam meşədə BAZAR AÇIB...”
“Bu adam meşədə BAZAR AÇIB...”
“Bu adam meşədə BAZAR AÇIB...”
“Bu adam meşədə BAZAR AÇIB...”

Geri qayıt