TÜRKİYƏLİ NAZİRDƏN AVROPAYA SƏRT REAKSİYA
Tarix: 17-10-2012, 11:12 |
Çap et
EGEMEN BAĞIŞ İKİLİ STANDARTLARDAN NARAZIDIR
Türkiyə Avropa İttifaqının ona qarşı istifadə etdiyi ikili standartlardan narazıdır. Bu barədə Türkiyənin Aİ işləri üzrə naziri Egemen Baxış bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "Anadolu" agentliyi yayıb.
Nazirin sözlərinə görə, Türkiyənin Aİ üzvü olması üçün müəyyən potensiala malik olmasına baxmayaraq, Avropa Ankaranı Aİ-yə buraxmır.
Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar 2005-ci ildən aparılır. Aİ üzvlərindən əksəriyyətinin dəstəyinə baxmayaraq, Fransa və Almaniya müqabilində "üstünlük verilən tərəfdaşlıq" təklif edərək onun quruma tamhüquqlu üzv olmasına inadla mane olurlar, Ankara isə bununla razılaşmır.