“bp DEYƏCƏK Kİ, VERDİYİM MALİYYƏ GÖZÜNÜZDƏN GƏLSİN"
Tarix: 17-10-2012, 11:32 | Çap et
YP SƏDRİNDƏN REAKSİYA GƏLDİ
Bp şirkəti ilə bağlı ölkə başçısının məlum çıxışından sonra Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev bp-nin Azərbaycana gətirilməsi ilə bağlı bir neçə QHT və QHT sədrini ciddi şəkildə tənqid etmişdi. O, xüsusilə AXCP-nin sədr müavini Razi Nurullayevin bu məsələlərdə daha yaxından iştirak etdiyini söyləmişdi. Razi Nurullayevin cavabı isə çox gecikmədi. AXCP funksioneri Mayis Güləliyevin fikirlərini absurd adlandırıb və 280 QHT-ilə birgə bp-ilə bağlı hansısa sənədə imza atdığını xatırlamadığını bildirib. Eyni halda Razi bəy onu da bildirib ki, müxalifət liderləri olan İsa Qəmbər və Əli Kərimlinin Mayis Güləliyevlə Azərbaycanın taleyini müzakirə etdiyinə inanmıram. Məgər, o bu qədər gücə malikdirmi ki, onunla hesablaşsınlar? Razi bəyin fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verən Mayis bəy, maraqlı fikirlər səsləndirdi. Müsahib qeyd etdi ki, Razi Nurullayev bu ifadələri işlətməklə Mayis Güləliyevin düz dediyini bir daha təsdiq etmiş oldu: “Belə bir şeyi absurd adlandırmağın özü absurd sözünün mənasını bilməməzlikdən irəli gəlir. Əgər o, deyirsə həmin sənədə imza atıb-atmamağım yadıma gəlmir, onda mənim ifadələrimin absurd olmasını təsdiq edə bilməz. İmza atmağından mahiyyəti bp-ni müdafiə etməkdən ibarət idi. Razi bəy imza atmasını yadına sala bilmirsə və müsahibənin sonunda bp-ni müdafiəsinə görə fəxr hissini keçirdiyini bildirirsə, deməli bir daha təsdiq etmiş olur ki, imza atıb-atmamasından asılı olmayaraq bəyanatın mahiyyətini təsdiqləyir. Deməli Mayis Güləliyeyin dediyində hər hansı bir absurd yoxdur və o Mayis Güləliyevin dediyini bir daha təsdiq etmiş olur. ” Razi bəyin “müxalifət liderləri olan İsa Qəmbər və Əli Kərimlinin Mayis Güləliyevlə Azərbaycanın taleyini müzakirə etdiyinə inanmıram. Məgər, o bu qədər gücə malikdirmi ki, onunla hesablaşsınlar? ”, - fikirlərinə də münasibət bildirən Mayis bəy bunları qeyd etdi: “ 2003-cü ilin may ayında müxalifətin koordonasiya mərkəzinin iclasında müxalifət partiyalarına üz tutaraq xahiş etdim ki, bp-nin fəaliyyətə başlamasına etirazlarını bildirsinlər. Həmin günə qədər Avropa İnkişaf bankının 17 direktoru ilə görüşərək bildirmişəm ki, Bakı-Tbilis Ceyhan kəməri çəkilərsə və eyni halda bp-nin Azərbaycanda fəaliyyəti genişlənərsə Qarabağ probleminin Azərbaycanın xeyrinə həlli mümkün olmayacaq. Eyni halda bildirdim ki, Azərbaycanın Rusiyadan asılılığı güclənəcək və bu asılılığı gələcəkdə azaltmaq olmayacaq. Gələcəkdə neft hasilatının azaldıldığı bir dövrdə Azərbaycanın iqtisadi sabitliyini və makroiqtisadi göstəricilərinin tarazlığını saxlamaq mümkün olmayacaq. Bu amilləri əsas gətirərək xahiş etmişəm ki, Bakı-Tbilis Ceyhan kəmərinin çəkilişinə icazə verməsinlər bp-nin fəaliyyətinin genişlənməsinə mane olsunlar. Müxalifətin həmin iclasında və avqust ayında köhnə “İnturist” mehmanxanasıda keçirilən iclasında da bu amilləri əsas gətirərək müxalifətdən bp-nin fəaliyyətini dayandırması ilə bağlı dəstək vermələrini xahiş etmişəm. Mənim təklifimdən müxalifət liderləri hiyləgərcəsinə gülümsəyərək “ siz siyasətdə təzəsiz” ifadəsi işlətdilər və mənə dəstək vermədilər. Bundan sonra isə avqust ayının axırında Əli Kərimli və İsa Qəmbərlə ayrı-ayrı görüşərək bu məsələni yenidən xahiş etmişəm. Razi bəyin dediyi kimi biz ölkənin taleyi ilə bağlı hər hansı bir müzakirə aparmamışıq. Mən bu şəxslərin yanına xahiş üçün getmişdim. Avropa İnkişaf bankının 17 direktoru ilə görüşərkən onlar mənə bildirdilər ki, Azərbaycanda sizdən başqa bu məsələyə narazılığını bildirən yoxdur. Belə ki, Azərbaycan cəmiyyəti müxalifətin, ziyalıların və QHT-lərin şəxsində Bakı-Tbilis Ceyhan kəmərinin çəkilməsini və bp-nin fəaliyyətinin genişlənməsini dəstəkləyirlər. Belə olan halda tək sizə görə maliyyə məsələsini gecikdirə bilmərik. Bu faktları nəzərə alaraq mən müxalifət liderlərinin yanına getmişdim ki, Azərbaycanın gələcəyi və Qarabağ münaqişəsinin həlli sual altındadır. Hətta bildirmişdim ki, yaxın 20-25 il ərzində Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli nəyinki mümkün olmayacaq, ümumiyyətlə münaqişə tamamilə dondurulacaq. Hətta mümkündür ki, bundan sonra Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunmasın. Ölkə iqtisadiyyatı ciddi çətinliklər qarşısında qalacaq. Bu problemləri nəzərə alaraq hakimiyyətə iddialı olan müxalifət partiyalarının yanına məktub aparmışdım ki, Azərbaycanda demokratik seçkilər keçirilənə və demokratik mühit yaradılana qədər bp-nin fəaliyyətini dəstəkləməyəcəklərinə dair imza atsınlar. Bunlar isə hiyləgərcəsinə gülümsəyərək bildirdilər ki, bp oktyabr ayının 15-də keçiriləcək seçkilərdə hakimiyyətə gələcəyimizə dəstək verəcək. Onlar buna əminliklərini bildirirdilər. Mən həmin şəxslərə bildirdim ki, siz 2023-cü ilə qədər hakimiyyətdə qətiyyən təmsil olunmayacaqsınız. Çünki bp ölkə müxalifətindən Azərbaycan hakimiyyətinə təsir vasitəsi kimi istifadə edir və bundan sonra da edəcək. Öz məqsədinə çatandan sonra isə hamını atacaq kənara.” “Ölkədə fəaliyyət göstərən bəzi QHT-lərin nəyə görə bp-nin tənqidindən bu qədər narahatdırlar ”, - sualını da cavablandıran Mayis bəy bunları söylədi: “Həmin QHT-lər bp-nin İctimaiyyətlə Əlaqədar Departamenti vasitəsilə çalışırlar ki, QHT-ləri həmişə nəzarətdə saxlasınlar. Qrant, sosial təminatların həyata keçirilməsi vasitəsilə QHT-lərlə əlaqə quraraq onları maliyyələşdirilər ki, onlarda bp-nin ətrafında normal bir ictimai rəy yaratsınlar. Bu məsələ bp-nin fəaliyyət göstərdiyi ölkələrdə ən mühüm əhəmiyyət daşıyan siyasətidir. Belə ki, müxalifət partiyalarını, QHT-ləri və ziyalıların biri qismini öz ətrafında cəmləşdirir və lazım olanda onlardan hökumətə qarşı təzyiq və təsir vasitəsi kimi istifadə edir. Məhz bu gün həmin prosedur hiss edilir. Prezidentin bp-ilə bağlı dediyi tənqidi fikirlər boş yerə deyilməyib. Bu tənqid 3-4 ilin müxtəlif araşdırmalarından və diskussiyalarından sonra gündəmə gətirilib. Çünki bu adi bir çıxış deyildi. Hökumət nə qədər məcbur olub ki, bu məsələni ictimaiyyətə çıxartsın. Deyilənlər çox ciddi məsələdir. Beləliklə bp öz ətrafında ictimai rəy yaradaraq lazım olanda hökumətə təzyiqlər edir ki, hökumət onun böyük miqdarda gəlir və mənfəət götürməsinə mane ola bilməsin. Hətta bəzi vaxtlar bu cür təzyiqlərlə kontrakta daxil olan müddəaları dəyişdirə bilirlər. Kontraktın nə vaxt bağlanmasından asılı olmayaraq müəyyən müddətdən sonra bp-nin əgər gəlirləri azalarsa onlar ətrafında cəmləşdirdiyi müxalifət və QHT-lər vasitəsilə hakimiyyətə təzyiq göstərərək ya hakimiyyəti dəyişməyini nail olurlar, ya da ki, hakimiyyəti məcbur edirlər müqaviləyə daxil edilən müddəalarını dəyişdirsin ki, mənfəəti azalmasın. Bp- yerli hökumətləri həvəsləndirmək üçün müəyyən müddətdən sonra hökumətin faizlərinin artdığını bildirir və gəlir matriççasını hökumətə təqdim edirlər. Hökumətdə fikirləşir ki, bp bir neçə ilə böyük miqdarda gəlir götürsün və sonra isə 10-15 il müddətində özüm gəlir götürərəm. Hökumət bu cür arxayınlaşır. Lakin düşünmürlər ki, müəyyən müddətdən sonra bp gizli şəkildə müxalifəti və QHT-ləri dəstəkləməklə ətrafında ciddi ictimai qüvvə yığır və sonra isə hakimiyyətə bunun vasitəsilə təzyiq edərək öz gəlirlərini artırmaq istəyir. Hazırda həmin dövr gəlib çıxıb. Maraqlıdır ki, ölkəyə bu qədər ziyan dəyməsinə baxmayaraq müxalifət dinlənmir. Azərbaycan prezidenti ölkəyə dəymiş ziyanı cəmiyyətə açıqlayır, müxalifət və QHT-lər isə susur. Bəs harada qaldı sizin vətənpərvərliyiniz və xalqı müdafiə etməyiniz? Axı siz xalqdan danışırdız. Niyə xalq dəymiş ziyanla bağlı səsiniz çıxarmırsınız? Susmaqları ilə sanki bp-ni müdafiə edirlər. Hətta bəzi vaxtlar qıraq bucaqda müxalifətin əl altıları birbaşa olmasa da dolayı yolla bp-ni müdafiə edirlər. Lakin bu günə qədər müxalifət partiyaları bununla bağlı hər hansı bir mövqe sərgiləməyiblər. Əgər hər hansı bir mövqe sərgiləsələr, bp deyəcək ki, gözünüzdən gəlsin verdiyim maliyyə. Bundan sonra bp onlara gizli şəkildə dəstək verməyə bilər. Artıq hakimiyyət bu gizli dəstəyi aşkar edib. Bp müxalifətdən prezident seçkisi öncəsi hakimiyyətə qarşı istifadə edə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|