OBAMA MÖVQELƏRİ ƏLDƏN VERİR?
Tarix: 17-10-2012, 12:12 | Çap et
BELƏ DAVAM EDƏRSƏ, ABŞ-DA YENİ BİRİSİ PREZİDENT OLACAQ
ABŞ prezidentliyinə namizədlər - hazırkı prezident Barack Obama ilə Respublikaçıların namizədi Mitt Romney arasında maraqla gözlənilən ikinci debat keçirilib.
ABŞ prezidenti debatlarını canlı yayımlayan və həmçinin ölkə üzrə 1 nömrəli rəy sorğusunu keçirən CNN telekanalının nəticələrinə görə bu dəfə hesab Barack Obamanın xeyrinə 49%:39% oldu.
Bəri başdan demək lazımdır ki, Nyu Yorkun Hemstead nahiyəsində, Hostra Universitetində keçirilən ikinci debat birincidən bütün cəhətləri ilə fərqlənirdi.
FƏRQLİ BİR DEBAT
Əvvəla, bu debatın aparıcısı və yaxud CNN-nin təbirincə desək, moderatoru Candy Crowley son iyirmi ildə prezident debatlarını aparan ilk qadın idi. Hərçənd o, CNN-nin tanınmış müxbiri kimi Clinton-un, hər iki Bush-un və Obamanın seçki kampaniyalarını işıqlandırıb.
Mühüm fərq bundan ibarət idi ki, Candy Crowley bu debatda doğrudan da moderatorluq etməli oldu.
Bu həm də fərqli səhnə quruluşu ilə bağlı idi. Əgər birinci debatda namizədlərin hər birinin öz xitabət kürsüsü vardısa və onlar bu kürsünü tərk etmirdilərsə, ikinci debatda səhnə əsil qladiator arenası kimi düzəldilmişdi. Namizədlər ilk anlardan bir-birinə məsafəcə maksimum yaxınlaşır, bir-birinin sözünü kəsir, ittiham edirdilər.
Belə anlarda, iki ucaboy və çılğın namizədi, onlardan yarım metr dərinlikdə oturmuş aparıcı, sözün əsil mənasında və elə sözlə “ayırmalı” olurdu. Halbuki sualları aparıcı yox, CNN tərəfindən seçilmiş “tərəddüd edən” seçicilər verirdilər.
FƏRQLİ BİR OBAMA
Prezident Barack Obama böyük hesabla uduzduğu ilk debatda nəyi etməmişdisə, bu dəfə etdi. Həmləyə keçdi, Mitt Romney-nin zəif nöqtələrinə zərbələr endirdi. Hətta keçən dəfə, nədənsə unutmuş kimi göründüyü məqamaları da yada saldı. Prezident Obama Mitt Romney-nin ötən may ayında keçirilən fondtoplama mərasimində gizli kamera ilə çəkilmiş ziddiyyətli bəyanatını xatırlatdı.
Həmin bəyanatda Romney Amerika əhalisinin 47 faizinin hökumətin müavinətlərindən asılı olduğunu bildirmişdi. Obama bu sözləri debat səhnəsində “başa qaxdı”. “Görün bir bu kimlər haqqında belə danışır, - dedi president, - bütün ömürləri boyu işləmiş adamlar, özlərini bu ölkəyə fəda etmiş veteranlar, hər gün fədakarcasına çalışan tələbələr və əsgərlər haqqında”…
Obama Romney-nin ilk debatda inamla səsləndirdiyi “beş bəndlik iqtisadi planını” da yerlə yeksan etdi. O dedi ki, bu ,əslində bir bənddən ibarət plandır: “Təki yuxarıdakılar başqa qaydalarla oynasınlar”.
Mitt Romney, “Obamanı seçsəniz dörd ildə baş verənlərin təkrarını görəcəksiniz” və ya “Obama böyük natiqdir, lakin onun iqtisadi siyasəti yerimir” kimi bəyanatlarla əks-həmləyə keçməyə cəhd göstərirdi.
ROMNEY ROMNEY-Ə QARŞI
Müşahidəçilərin fikrincə, ikinci debatda Barack Obama Mitt Romney-nin özü-özü ilə qarşıdurmasına nail ola bilib.
Energetikadan danışarkən Romney-ni “neft və qazın dostu” kimi qələmə verən Obama, özünün daha çox alternativ enerji növlərinə tərəfdar olduğunu elan etdi.
O bildirdi ki, məqsədi Amerikaya neft idxalını mümkün qədər azaltmaqdır. Romney-nin kömür istehsalını dirçəltmək barədə təşəbbüsündən danışarkən Barack Obama yada saldı ki, “özünü kömür dostu adlandıran bu adam Massaçussetsdə kömür emalı zavodunu bağlatdırıb”.
“LİVİYA” QARŞIDURMASI
Debatın Liviya hadisələrinə aid hissəsi son dərəcə gərgin keçdi. Benqazidə ABŞ səfiri də daxil olmaqla 4 amerikalının qətlə yetrilməsi məsələsinə toxunan Romney iddia etdi ki, Barack Obama bu hadisəfən yalnız iki həftə sonra onu “terror aktı” adlandırıb.
Bu, Mitt Romney-nin nokdauna düşdüyü anlardan biri idi. Onun iddiasına cavab vermək üçün artıq yerindən sıçramağa hazırlaşan Obamadan da əvvəl moderator aydınlıq gətirdi və bildirdi ki, prezident bu hadisəni ertəsi gün terror aktı adlandırıb.
QADIN MƏSƏLƏSİ VƏ YA DAHA BİR NOKDAUN
Qadınlara eyni iş üçün kişilərdən daha az maaş verilməsi barədə sualın cavabında Mitt Romney yaxşı başladı, lakin çox pis qurtardı.
O dedi ki, Massaçussets ştatına qubernator gələndə burada əsas vəzifələri kişilər tuturdular, lakin o, bu işə daha çox qadınların cəlb olunmasını təşkil edib.
Bundan sonra Romney bildirdi ki, şirkətlər qadınların işdən sonra evə qaçıb ailələri üçün xörək bişirməli olduqlarını nəzərə almağa çalışmalıdır və onun bu bəyanatı qadınların ikinci dərəcəli və ya yardımçı rola malik olduqları anlamına gəldi.
Barack Obama isə, əksinə, “sarı simə” vurdu və dedi ki, onun özünü tənha ana böyüdüb və qadın fədakarlığının nə demək olduğunu yaxşı başa düşür.
“ELMİ” RƏY SORĞUSUNDA ROMNEY QALİB OLUB
CNN ikinci debatın ümumi rəy sorğusundan başqa bir də ekspertlərdən ibarət qrupun rəy sorğusunu keçirib.
Maraqlıdır ki, “iqtisadiyyatı kim daha yaxşı idarə edə bilərdi” və ya “kimin vergi siyasəti daha cazibədardır” kimi suallarda Mitt Romney üstünlük qazanıb.
CNN-nin az əvvəl keçirdiyi “rəylər rəyi” sorğusu çoxsaylı təşkilatların keçirdikləri rəy sorğularının əsasında formalaşır.
Burada Obama və Romney arasında hesab 48 % - 47%-dir. Lakin burası da var ki, adi seçicilərin əksəriyyəti “rəqəmlərə” yox, rəğbət və emosiyaya üstünlük verirlər.
Bu mənada ikinci debatın qalibi heç şübhəsiz hazırdkı prezidentdir.
Namizədlər arasında 3-cü və sonuncu debat oktyabrın 22-də Floridada baş tutacaq. Sonra isə söz seçicilərindir. Bütün debatların ən əsas nəticəsi noyabrın 6-da ABŞ-da keçirilən prezident seçkiləridir. \ Azadlıq Radiosu \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|