KEÇMİŞ PREZİDENT GÖRÜŞ KEÇİRİB
Tarix: 17-09-2011, 14:04 |
Çap et
OBASANYO TERRUN QURBANI OLAN AİLƏDƏ OLUB
Məlumata görə, Nigeriyanın sabiq prezidenti Olusequn Obasanyo «Boko-Haram»-ın öldürülmüş liderinin ailəsi ilə görüşüb və onları hökumətə qarşı olan misilsiz hücumlarını dayandırmağa çağırıb.
Nigeriyada BMT-nin binasına avqustun 26-da olan hücumla bağlı olan görüş Mayduquri şəhərində olub.
Xatırladaq ki, o zaman partlayış nəticəsində 23 nəfər həlak olmuş, 116 nəfər isə yaralanmışdı. Bu işdə məsuliyyəti isə «Boko Haram» qrupu üzərlərinə götürmüşdülər.
Nigeriya hökuməti hesab edir ki, qrupun «Əl-Qaidə» ilə əlaqələri var.
«Boko-Haram»ın sabiq lideri Muhamməd Yusuf 2009-cu ildə Mayduquridə aparılan əməliyyat nəticəsində öldürülmüşdü.
Yusufun ögey qardaşı Babəkur Fuqu «Boko Haram»ın üzvlərinin də iştirak etdiyi görüşdə O.Obasanyonun iki il əvvəl baş verən hadisə ilə maraqlandığını deyib.