BÖLÜCÜ KÜRDLƏR TAM OLARAQ QUDURUBLAR
Tarix: 29-10-2012, 10:22 |
Çap et
EYNİ VAXTDA 5 YERƏ AÇIQ HÜCUM EDİLDİ
Türkiyənin Şırnak vilayətində PKK terrorçuları eyni vaxtda 5 müxtəlif yerə hücum təşkil ediblər.
APA-nın məlumatına görə, terrorçular yerli polis şöbəsini, Sərhəd Diviziya Komandanlığını, hərbçi və polis ailələrinin məskunlaşdığı yataqxananı atəşə tutublar. Polis şöbəsinə hücum nəticəsində 2 polis yaralanıb, 1-i isə şəhid olub.
Hücumu reallaşdıran terrorçuların tutulması məqsədilə şəhər mərkəzində başladılan geniş miqyaslı əməliyyat davam edir.