ABŞ-DA ŞƏHƏR KÜÇƏLƏRİNDƏ KÖPƏK BALIĞI ÜZÜR
Tarix: 30-10-2012, 11:06 |
Çap et
“SENDİ” ÖZ İŞİNİ GÖRMƏKDƏDİR
“Sendi” qasırğasının törədəcəyi fəlakətin miqyasını azaltmaq üçün Nyu-Yorkun Aşağı Manhetten rayonunda elektrik təchizatı dayandırılıb.
Lent.az-ın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, fəlakət zonasına 50 milyon insanın yaşadığı Şimali Karolina ştatından Massaçusets ştatına qədər ərazini əhatə edir.
Dalğalar Nyu-Yorkda yeraltı keçidlərin su ilə dolmasına yol açıb. Şahidlər Nyu-Cersi küçələrində üzən köpək balığının fotoşəklini çəkiblər.