RƏSUL QULİYEV DƏ ƏLİ HƏSƏNOVLA GÖRÜŞDƏN DANIŞDI
Tarix: 1-11-2012, 10:14 |
Çap et
“MƏN BİR ÇOX YERLƏRDƏ OLURAM”
“Moskvada olub- olmamağın nə əhəmiyyəti?”
Azərbaycanın sabiq spikeri, hazırda Amerikada mühacirətdə yaşayan Rəsul Quliyev Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla Moskvada görüşməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Eks-spiker Modern.az-a açıqlamasında Əli Həsənovla heç vaxt görüşmədiyini bildirib.
“Mən ümumiyyətlə, Əli Həsənovla heç vaxt görüşməmişəm” deyən R.Quliyev “bu yaxınlarda Moskvada olmusunuzmu?” sualına belə cavab verib:
“Mən bir çox yerlərdə oluram. Məgər bu barədə hökmən məlumat verməliyəm. Və ya Rusiya ilə əlaqə yaratmaq üçün Moskvada olub-olmamağın nə əhəmiyyəti ola bilər ki, başa düşə bilmirəm...”.