Xoşbəxtliklə beyin quruluşu arasındakı əlaqə ilk dəfə olaraq elmi şəkildə sübut edilib. Amerikada aparılan bir araşdırma nəticəsində bu fakt əldə edilib. ANS PRESS-in "CNNTürk"ə istinadla verdiyi məlumata görə, bu yolla da dünyanın ən xoxşbəxt adamı tapılıb. Sən demə dünyanın ən xoşbəxti buddist bir rahibdir. Visconsin universitetinin sinir sahəsi üzrə mütəxəssisi Ricard Davidson 66 yaşlı rahib Matiu Ricard başına 256 sensor yerləşdirib və buddist rahibin beynini ən incə nöqtəsinə qədər tədqiq edib. Nəticədə bəlli olub ki, 66 yaşlı rahib Matiu Ricardın beynindəki xoşbəxtlik sahəsi normaldan daha böyükdür. Beynin sol hissəsində isə neqativ hisslərə mane olmağa meyillik var.
Elm xadimləri onun xoşbəxtliyini meditasiyalar ilə bağlayır. Araşdırma nəticəsinə görə, meditasiya ilə çox məşğul olan insanların beyni digərlərinə nisbətən daha fərqli olur.
Matiu Ricard həyatını 24 yaşında buddizm ilə bağlayıb. Belə ki, 40 il öncə o Parisdəki həyatından imtina edərək, Hindistanda məskunlaşıb. O Dalay Lamanın ən yaxın adamlarından biridir.