“KÜR MƏHBUSU” MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR
Tarix: 1-11-2012, 11:42 |
Çap et
İLHAM ƏMİRASLANOV ŞİKAYƏT VERİB
Noyabrın 2-də Şirvan Şəhər Apellyasiya Məhkəməsində "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının fəalı, hüquq müdafiəçisi İlham Əmiraslanovun apellyasiya şikayətinə baxılacaq.
Sentyabrın 13-də Sabirabad Rayon Məhkəməsi onu qanunsuz silah saxlamaqda ittiham edərək (221.1-ci maddə) 2 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə zamanı müdafiə tərəfin şahidləri dindirilməyib. İ.Əmiraslanovun həbsə alınması şəraiti və bu həbsi əks etdirən videogörüntülər nəzərə alınmayıb.
İ.Əmiraslanov bu il iyunun 8-də saxlanılıb. İ.Əmiraslanov və şahidlər məhkəmədə bildiriblər ki, silahı ictimai fəalın evinə silahı polislər özləri qoyublar. Digər tərəfdən, İ.Əmiraslanov saxlanan zaman DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılıq və işgəncələrə məruz qalıb. Penitensiar Xidmətin Tibb Baş İdarəsinin verdiyi rəydə zorakılıq nəticəsində İ.Əmiraslanovun sol qulaq pərdəsinin cırıldığı göstərilib.