AZƏRBAYCANIN NEFT FONDU “ARMENİYA”NIN QARŞISNI SATIN ALIR
Tarix: 5-11-2012, 09:08 |
Çap et
105 MİLYON DOLLAR XƏRCİ VAR
Moskvanın mərkəzində “Qalereya Aktyor” ticarət-işgüzar mərkəzini Azərbaycan Dövlət Neft Fondu ala bilər, deyə "İzvestisya" qəzeti yazır.
Qəzet məlumat verir ki, Fond artıq Federal Antiinhisar Xidmətinə kompleksi idarə edən “Tverskaya, 16” şirkətinin 100% səhmlərinin alışı üzrə əqdi razılaşdırmaq üçün müraciət edib. Alış barədə son qərar qəbul edilməyib. Ekspertlərə görə, obyektin bazar qiyməti $100-105 mln-dir.
Hazırda “Tverskaya, 16” şirkəti "Paytaxt Sığorta Qrupu"na məxsusdur. Binanın satışa çıxarıldığı bu ilin aprelində bildirilmişdi.
Tver küçəsi ilə Strastnoy bulvarın kəsişməsinə (“Armeniya” mağazası ilə üzbəüz) olan bina 1882-ci ildə tikilib. Sovet dövründə orda Ümumrusiya Teatr Cəmiyyəti və Aktyorlar Evi yerləşib. 1990-cı ildə binada yanğın olub və təkcə fasad salamat qalıb. 1995-ci ildə bina yenidən qurulub, həyətdə ofis tikilib.
Qalereya Aktyor” paytaxtın ilk elitar kommersiya daşınmaz əmlakı obyektlərindən biridir. Hazırda ticarət-işgüzar mərkəzinin ümumi sahəsi 18 min kv m-dir.