HİCAB MƏHBUSU AZADLIĞA ÇIXDI
Tarix: 6-11-2012, 12:31 |
Çap et
TALEH BAĞIROV KEÇƏN İLİN MAYINDA TUTULMUŞDU
“İslamazeri.az” saytı xəbər verir ki, ilahiyyatçı Taleh Bağırov moyabrın 6-da azadlığa buraxılıb. O, 2011-ci il mayın 6-da Bakıda keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.
Taleh Bağırov Penitensiar Xidmətin Ramanadakı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı. Ruhanini qarşılamağa inanclılar, sabiq hicab məhbusları gəlib.
Saytın verdiyi xəbərə görə, Taleh Bağırov və inanclılar həbsxanada ağır xəstəlikdən vəfat edən Azərbayan İslam Partiyasının sədr müavini Vaqif Abdullayevin, daha sonra şəhid zabit, Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblər.