ƏRDOĞAN GƏLƏCƏYİNİ NECƏ TƏMİN EDİR?
Tarix: 7-11-2012, 09:59 |
Çap et
AKP LİDERİ PREZİDENTƏ SƏLAHİYYƏT İSTƏYİR
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası dövlət idarəçiliyində prezidentin səlahiyyətlərinin artırılması təklifi ilə çıxış edib.
FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası dövlət idarəçiliyində prezidentin səlahiyyətlərinin artırılması təklifi ilə çıxış edib.
Türkiyənin cari Konstitusiyasına əsasən prezident daha çox nümayəndəlik funksiyasının yerinə yetirir – əsas qərarlar baş nazir tərəfindən verilir.
Qeyd edək ki, bir müddət əvvəl partiya rəhbəri və baş nazir Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə prezident olmaq istədiyini bildirmişdi.
Ərdoğana müxalif olanlar dəyişikliyin ona daha çox səlahiyyət verəcəyini bildirirlər. Hakim Partiya isə iddia edir ki, dəyişiklik parlamentarilərin vaxtının qənaətinə səbəb olacaq.