"PAPANİN"DƏ KRİMİNAL "RAZBORKA"
Tarix: 7-11-2012, 11:33 |
Çap et
YEYİB-İÇMƏK MASASI “CƏNG MEYDANI”NA DÖNDÜ
Bakının Nəsimi rayonunda yerləşən kafedə qan tökülüb.
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, noyabrın 5-də Tağızadə küçəsində Bakı şəhər sakini İsmayıl Allahverdiyev qarın nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Bakı şəhər sakini Telman Seyfullayev noyabrın 6-da tutulub.
Bölmədən Milli.Az-a bildirildi ki, hadisə “Papanin” adlanan ərazidəki “Milli xörəklər” kafesində baş verib. Yemək yeyən zaman İsmayılla Telman arasında mübahisə düşüb. Bu zaman Telman bıçağı götürərək ona bir neçə zərbə vurub.
Onu da əlavə edək ki, T.Seyfullayev kriminala meylli adam olub. Faktla bağlı cinayət işi başlanıb.