DAHA BİR ERMƏNİ TƏYYARƏSİNİ TÜRKLƏR ENDİRDİ
Tarix: 8-11-2012, 09:35 |
Çap et
TƏYYARƏDƏ SİLAH-SURSAT VAR
Ermənistandan Suriyaya uçan daha bir yük təyyarəsi Türkiyənin Ərzurum hava limanında məcburi endirlib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Doğan agentliyi xəbər verib.
Məlumata görə, təyyarədə axtarış aparılması üçün xüsusi təyinatlı dəstə gətirilib.
Ermənistan Hava Yollarına məxsus "Antonov AN 12" markalı təyyarədə silah-sursatın olması ehtimalı edilir. Təyyarənin pilotu isə açıqlamasında bildirib ki, təyyarədə humanitar yük var.
Qeyd edək ki, bundan öncə də Rusiyadan Suriyaya uçan təyyarə endirilmişdi.