Suriya ordusu Türkiyə sərhədində Azad Suriya Ordusunun döyüşçüləri ilə amansız döyüşlər aparır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "CNN Turk" telekanalı xəbər verib.
Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda vəziyyətin gərginləşməsi ilə əlaqədar məktəblərdə dərslər müvəqqəti dayandırılıb.