TÜRKİYƏ AVİAŞİRKƏTLƏRİ TEL-ƏVİVƏ BÜTÜN ÇARTER REYSLƏRİ LƏĞV EDİR Türkiyə aviaşirkətləri sərnişin çatışmazlığı üzündən Tel-Əvivə bütün çarter reysləri ləğv edir. ANS PRESS İsrailin "Qaarets" qəzetinə istinadən bildirir ki, Tel-Əvivə son təyyarələr sentyabrın 14-dən 18-ə kimi uçacaq. Çarter reyslərinin iqtisadi səbəblər üzündən ləğv edildiyi bildirilir.
Qeyd edək ki, sərnişinlərin sayı Türkiyənin İsraillə diplomatik münasibətləri və hərbi əməkdaşlığı məhdudlaşdırmasından sonra azalıb.