
"Dəyərli dostlar, bir məlumatı sizlə bölüşüm. Necə deyərlər, "demokrasidə çarə tükənməz". Demək uzun illərdir ki, Avropada oturub ölkənin ziyalıları, ayrı-ayrı peşə sahibləri haqqında söyüş püskürən biri vardı. Süleyman Süleymanlı adında. Əvvəlcə Almaniyada siyasi oturum istəmişdi, ala bilmədi..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Pərviz Həşimli çıxış edib.
Jurnalist daha sonra davam ed8ir: "Sonra İsveçrəyə keçdi. Təhqir etdikləri arasında mən də vardım. Telefon arxasında şirə-pələngə dönən bu ağzı natəmizi İsveçrədə məhkəməyə verdim. Uzun ayların mübarizəsindən sonra məhkəmə ona ağır cərimə sanksiyası kəsdi. Əgər bir daha davam etsə, həbs olunacaq. Yaşasın , İsveçrə demokratiyası.
Yaşasın, Azad Məhkəmə..."