Çingiz Qurbanəliyev də Gəncəni oliqarxlarındandır... - İLGİNC FAKTLAR...
Tarix: 19-03-2025, 12:57 | Çap et
 Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi publik hüquqi şəxsi “Gəncə Regional Reklam İdarəsinin inzibati bina sahəsinin icarəsi” xidmətinin satın alınması üzrə fərdi sahibkar Axundova Aidə Məmmədəliyevna qızının adından onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qurbanəliyev Çingiz Midhət oğlu arasında bir mənbədən satınalma metodunu tətbiq etməklə 43 200.00 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.
Qeyd edək ki, Dövlət Reklam Agentliyi ötən il, 21.02.2024-cü ildə də Gəncə Regional Reklam İdarəsinin inzibati bina sahəsinin icarəsi üzrə Gəncə şəhəri A.İ.Krılov ev 19 ünvanında qeydiyyatda olan Qurbanəliyev Çingiz Midhət oğlu (VÖEN: 2305778012) ilə 3.300 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Satınalmaların portalında qeyd olunan (VÖEN:1404753362) Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ev 22, mənzil 17 ünvanında qeydiyyatda olan Axundova Aidə Məmmədəliyevnaya məxsusdur. Bəs onun adından etibarnamə ilə müqavilə bağlayan Qurbanəliyev Çingiz Midhət oğlu kimdir?
Qurbanəliyev Çingiz Midhət oğlu Prezident İlham Əliyevin 3 fevral 2014-cü il tarixli sərəncamı ilə Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” adı alıb. O, bu adı üzü 2000-ci ilin əvvəllərindən Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yolların əsaslı təmiri işlərinin və yeni infrastruktur layihələrinin həyata keçirilməsində şəriksiz lider olan “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC-dəki fəaliyyətinə görə alıb. Qeyd edək ki,“GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC rəsmən 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Amma ASN-nin daha əvvəllərdən fəaliyyət göstərməsi barədə məlumatlar da var. ASC-nin ilk qanuni təmsilçisi Qurbanəliyev Çingiz Midhət oğlu olub. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 143 104 manat olan “Gəncə Körpü Tikinti-2” ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-yə müəyyən müddət Rzayev Süleyman Qəmbər oğlu rəhbərlik edib. Hazırda qanuni təmsilçi kimi Zeynallı Məhərrəm Aslan oğludur. Amma rəsmi məlumatlarda açıqlanmasa da elektron mediada “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədrinin, yəni əsas pay sahibinin Aqibət Məmmədov olduğu bildirilir. Aqibət Məmmədov Gədəbəy rayonunda anadan olub. Qərb bölgəsində oliqarx kimi tanınır. Çingiz Qurbanəliyevin adı isə hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla manat dövlət vəsaitinin təyinatından kənar edən iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub. Bundan əlavə Çingiz Qurbanəliyev həm də “MAYBO” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. MMC 12 saylı Ərazi Vergilər Baş İdarəsində, yəni Gəncə şəhərində 05.10. 2011 -ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı da Gəncə şəhəri Çexov küçəsi ev 24 göstərilib. Qanuni təmsilçisi Midhət Qurbanəliyev Çingiz oğludur. Midhət Qurbanəliyev “Gəncə Körpü-Tikinti 2” Açıq Səhmdar Cəmiyyətinin sədri olmuş Çingiz Qurbanəliyevin oğludur. Onun adına Yasamal rayonu, Şəfaət Mehtiyev ev 273C və 93 ünvanlarında qeydiyyatdan keçmiş “MAYBO CALİBRATİON” və “MAYBO SERVICE” MMC-lər də var. “MAYBO” və “MAYBO CALİBRATİON” MMC-lər əsasən Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdikləri milyonlarla manat dəyəri olan tenderlərin qalibi olublar. Dövlət Reklam Agentliyinin Gəncə Regional Reklam İdarəsinin inzibati bina sahəsinin icarəsi üzrə bağladığı müqavilə də Çingiz Qurbanəliyevin qazandığı onlarla tenderlərdən biridir. Lakin burada fərq ondadır ki, əksəriyyət tenderlərdə dövlət sifarişlərini yerinə yetirməklə şəxsi büdcəsini artıran Çingiz Qurbanəliyev bu dəfə birbaşa şəxsi gəlirlərini artırmış olub. Necə deyərlər, pul, pul gətirər. Aktualinfo.org P.S. Çingiz Qurbanəliyevin Dövlət Reklam Agentliyinin Gəncə Regional Reklam İdarəsinə icarəyə verdiyi binanın vaxtılə hansı pullar hesabına ərsəyə gəlməsi hələ müzakirə mövzusu deyil.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|