Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm...

Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm...


1-10-2024, 14:30
Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm...
Naxçıvanda dələduz peyda olub. dia-az.life xəbər verir ki, ayrı-ayrı şəxslərə özünü "yeni təyin olunmuş nazir" kimi təqdim edən dələduz onların pullarını mənimsəyir. Bu barədə Şərur sakinlərindən birinin dediyindən belə anlaşılır.

Şikayəti təqdim etməzdən öncə qeyd edək ki, dia-az.life-ya gileylənən Şərur sakini adının anonim qalmasını istəməklə yanaşı, qarşı tərəfə aid telefon nömrəsini və eyni zamanda fırıldağa məruz qaldığını sübutlayan fotofaktları təqdim edib. Bu barədə növbəti yazıda geniş bilgi verəcəyik və vurğulayırıq ki, əgər əlaqədar qurumlar maraqlanarsa, əlimizdəki digər bilgiləri təqdim etməyə hazırıq.

Beləliklə narazı vətəndaş başına gələnləri belə nəql edir: "Şərur rayonundan olan bir vətəndaşam. Yeni bir dələduzluqla məşğul olan bir nəfər... adı Vasif olan bu şəxs Şərur rayonundan olan bir neçə nəfərə zəng edərək "mənə sürücü lazımdır" deyib, "1200 manat maaş verəcəm, nəqliyyat nazirliyinin sürücüsü olacaqsan" deyərək aldadıb bəzilərimizdən 500-700-600 manat karta köçürmə yolu ilə pulları alıb...

Təbii ki, bu pulları aldıqdan sonra bizim nömrəmizi bloka atıb. Bu şəxsin özü, ya da məlumat verəni şərurludur mütləq. Çünki kimin nə iş gördüyünü bilir. Elə bu gün ki bir məzar daşı düzəldənə zəng edib ki "atam rəhmətə gedib, gəlirəm daş düzəltdirəm sənin sexində..." Daha sonra deyib ki, "mən səni tanıyıram, yaxşı insansan..." Sonra deyib, "mən nəqliyyat nazirliyində işliyirəm... mənə sürücü lazımdır... işləmək istəyərsən?" O da razılıq verib və "atasına başdaşı düzəltdirənə" 500 manat pul verib... Karta köçürüb.

Bununla bağlı Polis bölməsinədə məlumat verilib. Araşdırılır... sadəcə deməkdə məksədim odur ki camaat görsün bu yazılanları... Aldanıb kimsəyə pul verməsinlər..."

Geri qayıt