Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > "Dəfələrlə “Azər Gold” və “Daşkəsən” dəmir filizi şirkətlərinə CV versəm də, mənə iş vermirlər"
"Dəfələrlə “Azər Gold” və “Daşkəsən” dəmir filizi şirkətlərinə CV versəm də, mənə iş vermirlər"8-10-2024, 14:02 |
Daşkəsən rayonu, Quşçu kənd sakini Mürsəlov Babək Mövsüm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi işsizlikdən əziyyət çəkdiyini, məhz veteran olduğu üçün heç kəsin ona iş vermədiyini iddia edir: “Mən, Mürsəlov Babək Mövsüm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Bildirim ki, atam qazidir. Ailədə 3 qardaşıq. Qardaşımın biri və mən hərbi xidmətdə olmuşuq. Ortancıl qardaşım 44 günluk müharibənin veteranıdır. Qardaşımın biri xəstə olsa da, onu əsgərliyə apardılar. İcra Hakimiyyətinə və bir çox yerlərə şikayət etdikdən sonra adını çəkə bilməyəcəyim bəzi vəzifəli şəxslər bizim evə gəldilər. Qardaşımı əsgərliyə aparılan vaxt dövlətdən xəstəliyə görə pensiya alırdı. Evə gələn məmurlar bizdən şikayəti geri götürməyimizi xahiş etdilər. Hazırda əsas problemimiz işsizlikdir. Atam da, biz də müharibə iştirakçısıyıq, amma bizə iş vermirlər. Dəfələrlə “Azər Gold” və “Daşkəsən” dəmir filizi şirkətlərinə CV versəm də, mənə iş vermirlər. Zəng vurub səbəbini soruşduqda isə, mənə deyirlər ki, boş iş yeri yoxdur. Onlar dövlət rəhbərinin verdiyi qərarı heçə sayaraq, məni işlə təmin etmirlər. Hətta məni təhdid edərək, “bura zəng vurma” deyirlər. Onu da qeyd edim ki, həmin idarələrdə yeyinti həddindən artıqdır. “Daşkəsən” dəmir filizi şirkətində işləyən Azər adlı şəxs 17 ton dəmiri satıb yeyib. Onu dərhal işdən çıxardılar. Həmin yerə pul ilə adam götürdülər, məni yenə ora götürmədilər. İşsizlikdən bilmirəm neynəyim. Veteran adı eşidən şirkətlər “iş yoxdur” deyirlər”. Geri qayıt |