Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Pul silmək olar... daha belə də yox...

Pul silmək olar... daha belə də yox...


11-10-2024, 11:26
Pul silmək olar... daha belə də yox...
Dünəndən bəri sosial şəbəkələrdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinə aid olan Laçın Mədəniyyət Mərkəzinin nəzdindəki Şəhid Ərəstun Kərimovun adına olan Mişni Kənd Mədəniyyət Evinin fotosu əslində sözügedən sahədəki eybəcərliklərin inikasıdır.

dia-az.life xəbər verir ki, aşağıdakı fotonu paylaşan tanınmış jurnalist Zülfiyyə Mustafayeva reaksiyasını belə ifadə edib:

Pul silmək olar... daha belə də yox...

"Burada mədəni olan yalnız şəhidin adıdı.

Yoxsa nə mədəniyyət, nə zad?"

Qeyd edək ki, digər media nümayəndələri də sözügedən fotofakta sərt reaksiya veriblər. Onlardan bəzilərini təqdim edirik:

***

Aqil Camal:
"Pul silirlər..."

***

Azər Həsrət:
"Ölkə doludur belə "mədəniyyət evləri" ilə..."

***

Qalib İbrahimoğlu:
"Araşdırılsa, N qədər qohum-əqrəba ordan maaş alır. Hələ adı olub, özü olmayan işçiləri demirəm..."

***

Bahar Rustəmli:
"Mədəniyyət nazirliyinin pulu yoxdu?"

***

Seymur Ağazadə:
"Bu paylaşımı görüb bəlkə də utanarlar..."

Geri qayıt