Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR...
İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR...25-10-2024, 12:00 |
"Mənim nənəmin pensiya kartından her ay 250 manat pul çıxılır. 2 ildən artıqdır çıxılır pul. Səbəbini də bilmirik. Bir dəfə zəng elədik, dedik banka... Dedilər, banka borcu var..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Aida Kazımova adlı istifadəçi qeyd edib. Narazı vətəndaş daha sonra yazır: "Nənəmin 70 yaşı var... birinci ona bank hec kredit vermir. Getdik ərizə yazdıq... Yenidən tam pensiya yükləndi. İki ay butov pensiya aldı. Daha sonra yenidən her ay pensiyasından pul çıxılır. Bununla bağlı hara şikayət edə bilərik? Banka yaxınlaşdıq "reception"dakı xanım dedi ki, qəbul edə biləcək adam yoxdur sizi... Dəymiş təzminatı necə ala bilərik?" "DİA-AZ" qeyd edir ki, vətəndaşın narazılıq etdiyi Azərbaycan Beynəlxalq Bankııdır... Geri qayıt |